"Qarabağ"ın yarımmüdafiəçisi İsmayıl İbrahimli Premyer Liqanın 22-ci turunda "Sumqayıt”la oyundan sonra (4:1) klubun mətbuat xidmətinə açıqlama verib.
Fanat.Az xəbər verir ki, futbolçu qələbə barədə danışıb və növbəti turda "Səbail”ə qarşı baş tutacaq oyunla bağlı fikirlərini bölüşüb:
"Matça çox ciddi hazırlaşmışdıq. "Sumqayıt”la oyunlarımız həmişə maraqlı və gərgin keçir. Vacib qələbə qazandıq və aktivimizə mühüm 3 xal yazdırdıq. İndi "Səbail”lə qarşılaşmaya köklənməliyik. Bizi səfərdə çətin görüş gözləyir. Ümid edirəm ki, bu oyun da komandamız üçün yaxşı alınacaq. Marafonun son dövrəsindəyik və çox yaxşı anlayırıq ki, səhv etmək olmaz. Hər qarşılaşmaya ciddi yanaşırıq”.
"Qarabağ” Premyer Liqanın 22-ci turunda "Səbail”in qonağı olacaq. Aprelin 16-da "ASCO Arena”da keçiriləcək qarşılaşmanın start fiti saat 18:00-da səslənəcək.
Fanat.Az