Bu gün AFFA-nın inzibati binasında İntizam Komitəsinin iclası keçirilib.
Fanat.Az xəbər verir ki, iclasda Premyer Liqanın XXII turunda keçirilən oyunlar müzakirə olunub.
Yığıncaqda aşağıdakı qərarlar qəbul olunub:
"Qəbələ” – "Neftçi” oyununda "Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
"Sabah” – "Səbail” oyununda "Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur. "Səbail” klubunun 28 nömrəli futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur;
"Zirə” – "Keşlə” oyununda "Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur. "Zirə” klubu stadiona gələrkən gecikdiyi üçün 800 manat cərimə olunur.
Fanat.Az