15:23 13.04.2021 669

“Qurban uşaqlıqdan lider kimi seçilib, bir az davakar olub” – MÜSAHİBƏ

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun bu gün 49 yaşı tamam olur.

Təcrübəli mütəxəssisin uşaqlıq xatirələri, şəxsi həyatı ilə bağlı onun qardaşı, veteran futbolçu Musa Qurbanov apasport.az saytına müsahibə verib.

- Qardaşınız Qurban Qurbanovun 49 yaşı tamam olur. Yəqin ki, bu gün sizin üçün də xüsusi gündür...
- Əlbəttə. Qurban qardaşların ən yaxşılarındandır. Əslində ad gününə də önəm verən insan deyil, doğum günü keçirmir. Qurban üzdə olan adamdır, hər şey hər kəs görür.

- Qurban müəllimin uşaqlığını sizdən yaxşı heç kim xatırlaya bilməz. Uşaqlıq illəri necə keçib?
- Uşaqlıq hamımızda təxminən eyni formada keçib. Dəcəlliyi də olub, yaxşı işləri də. Qurban uşaqlıqdan işgüzar olub. Ümumiyyətlə, biz ailə olaraq kiçik yaşlardan əməksevər olmuşuq. Demək olar ki, bu yöndə böyümüşük. Düzdür, Qurban uşaqlıqda bir az davakar olub. Amma orta məktəbi yaxşı oxuyub.

- Liderlik xüsusiyyəti onda uşaqlıqdan gəlmədir, yoxsa sonradan bu hörməti qazanıb?
- Elə məktəbdə oxuyanda onda liderlik xüsusiyyəti var idi. Həmişə lider kimi seçilib, sinif yoldaşları onun arxasında gedib. Həmyaşıdları arasında fərqlənirdi.

- Bildirdiniz ki, qardaşınız uşaqlıqda davakar olub. Ən çox nəyə əsəbləşərdi?
- Əslində onun da dəcəlliyi hər uşaq kimi olub. Bütün günü hərəkətdə olurdu, gah ağaca çıxırdı, gah düz yolu qoyub divarın üstü ilə gedirdi. Elə çox əsəbi olmayıb. Amma heç vaxt özünü ayağa verməyib. Bir söz deyənin həmən cavabını qaytarıb. Bunu bəzən sözlə, bəzən fiziki güclə edib. Amma zaman keçdikcə bu xüsusiyyətini dəyişdi. Bir müddət Rusiyada futbol oynadı. Həyat təcrübəsi artdı, yavaş-yavaş daha təmkinli olmağa başladı. Başqa mədəniyyətlər gördü, çox insanlarla tanış oldu. Gör-götür dünyasıdır. Qurban da təmkinli olmağı götürüb.

- Qurban müəllimin futbola gəlişi necə olub? Səhv etmirəmsə, bundan məhz siz vasitəçilik etmisiniz...
- İkimiz də futbola gec gəlmişik. Məsələn, mən əsgərlikdən gələndən sonra başlamışam. Qurban da çox həvəsli idi. Yanılmıramsa 15-16 yaşında onu Şaban Şirdanovun yanına apardım. Bəli, Qurbanı futbola daha çox mən yönəltdim. Həyətdə topla yaxşı rəftar edirdi, sürətli idi. Görürdüm ki, "qabında” nəsə var, uşaqlardan seçilirdi. Buna görə də qərara aldıq ki, bu yolda davam edək.

- Qardaşınız evdə, qohum-əqrəba içində də çox sakitdir?
- Bəli, hər yerdə gördüyünüz Qurbandır. Yaxınları ilə ünsiyyətdə olur, danışır. Amma bir yerdə gedib oturanda sakit olur. Qohumları, dostları ilə ünsiyyətcildir. Qardaş-bacıları ilə keçmiş günləri xatırlayır, deyib-gülür. Meydanda olduğu kimi, şəxsi həyatda da çılğınlığı yoxdur. Çox ailəcanlı insandır, həm öz ailəsi, həm qardaş-bacıları, həm də yaxınlarına diqqətcildir, onların yaxşılığı üçün çalışır.

- Elə bir xasiyyəti varmı ki, şəxsən siz bəyənmirsiniz və bunu özünə demisiniz?
- Aramızda söhbətlə olur. Amma bu, ictimaiyyət üçün deyil (gülür). Onda bəyənilməyən bir şey görməmişəm.

- Həm sizin, həm də Qurban müəllimin nə vaxtsa futboldan küsdüyünüz, bu peşəni seçdiyiniz üçün peşmanlıq keçirdiyiniz an olub?
- Düşünürəm ki, olmayıb. Həyatımızdan çox razıyıq, Allah həmişə şükür edirik. Heç vaxt da peşmanlıq hissi keçirməmişik. Bəzən oyunun alınmayanda, komandan uduzanda öz-özünə deyirsən ki, futbolu qurtarıram, daha oynamayacağam. Hər ikimiz futbola sonradan gəlmişik, bizdə futbol talantı, kreativlik olmayıb. Hamısını öz əməyimiz, çalışqanlığımızla əldə etmişik. Gündə 3 yox, 5 saat məşq etmişik ki, o səviyyəyə gələk. Düzdür, böyük futbolçu olmamışıq, amma hansısa bir səviyyəyə gəlib çatmışıq. Xüsusi istedadımız olmadığı üçün bəzi oyunları bərbad keçirmişik, meydançanı əsəbi tərk etmişik. Uduzmaq bir tərəfə, özünün də bərbad çıxış etməyin çox pis təsir edirdi. Belədə ürəyimizdən "futbolu qurtarıram, mənlik deyil” kimi hisslər keçirdi. Amma hirsin soyuyandan sonra başa düşürsən ki, futbolsuz dayana bilmirsən.

- Qurban Qurbanov artıq 13 ildir "Qarabağ”ın baş məşqçisidir. Heç nə vaxtsa sizə "istefa verirəm, komandadan gedirəm”, deyib? 
- Qurbanla, demək olar ki, hər gün görüşürük, öz aramızda fikir mübadiləsi aparırıq. Komandadan getmək yox, bir il istirahət etmək istədiyini dediyi vaxtlar olub. Hərdən deyir ki, imkan olsaydı, bir il hər şeydən uzaq, sakit yaşayardım, istirahət edərdim. Amma bu, söz olaraq qalır. Yorğunluq, özünü tükənmiş kimi hiss etdiyi vaxtlar olur.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

Facebookdan bizi izləməyi unutmayın.
X