"Neftçi"nin baş məşqçisi Samir Abasov klub televiziyasında yayımlanan "Neftçi" mediada" verilişində azarkeşlərin suallarını cavablandırıb.
Fanat.Az xəbər verir ki, 43 yaşlı mütəxəssis komandasının koronavirus pandemiyası səbəbindən boş tribunalar qarşında oynamalarından danışıb.
O, bir ildən artıqdır davam edən vəziyyəti belə dəyərləndirib: "Bizim möhtəşəm fanatlarımız var. Gedək AFFA-dan xahiş edək, onlara yalvaraq ki, azarkeşləri stadiona buraxsınlar. Onlar üçün çox darıxırıq. Boş tribunlar qarşısında oynamaq mənə təsir edir. Azarkeşlər gəlsə, məni, futbolçuları daha da qızışdırar".
Fanat.Az