21:09 17.04.2021 876

"Keşlə"nin baş məşqçisi: "Buna görə özümdən çıxdım"

"Həm rəqib komanda, həm də biz çoxlu top itirdik. Bu səbəbdən güc itkiləri daha çox oldu. Hər iki tərəf qalib gələ bilərdi. Amma məncə, ədalətli nəticə qeydə alındı".

Fanat.Az xəbər verir ki, bunları "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov evdə "Sabah" komandası ilə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra mətbuat konfransında deyib. 41 yaşlı mütəxəssis oyunun gərgin keçdiyini vurğulayıb: "Sonuncu pillədən qurtulmaq üçün öz meydanımızda qalib gəlməyə çalışdıq. Amma bu gün də alınmadı. Yaxşı bərpa olunmalıyıq. Çünki 4 gündən sonra Azərbaycan Kubokunun yarımfinalında "Zirə" kimi ciddi rəqibə qarşı çıxış edəcəyik. İşimiz daha çətin olacaq. Bu gündən futbolçuları bərpa edərək, oyuna hazırlamağa çalışacağıq".

Qurbanov görüş ərzində epizodlara əsəbi reaksiyalarını belə izah edib: "Bəzən insan özündə olmur. Oyunu analiz edəndə bilirdik ki, rəqib uzun ötürmələr verəcək. Hər zaman demişəm ki, bunların qarşısını almağa çalışmalıyıq. Təəssüf ki, dediyimizin əksi oldu. Sevmədiyim, qapımızın ağzında görmək istəmədiyim ötürmələr gəlirdi. Buna görə özümdən çıxdım, əsəbi oldum və aqressiv reaksiya göstərdim".

"Keşlə"nin hücumçularının iki oyundur qol vura bilməməsindən narahatlığını gizlətməyən baş məşqçi hazırlıq prosesi və oyunlar zamanı bunu futbolçuların diqqətinə çatdırdığını söyləyib: "Həm işləyir, həm də danışırıq. İstəyirik ki, hücumçularımız qol vursun. Məhsuldarlığımız azdır, bombardirimiz müdafiəçi Azər Salahlıdır. İşimiz nöqsanları aradan qaldırmaqdır. Çalışacağıq ki, növbəti oyunlarda qol vuraq, qələbə qazanaq".

Qurbanov deyib ki, gənc futbolçuların limitə görə yox, öz yerini haqq etdiyi üçün oynamasını istəyir. Lakin o, seçimlərinin elə də çox olmadığını vurğulayıb: "Təcrübəli futbolçulara da ehtiyacımız var. Heyəti müəyyənləşdirəndə mütləq limiti qorumalıyıq. Son günlər İlkin Qırtımov həm məşq, həm də oyunlarda yaxşı görünür. Rafael Məhərrəmli də eyni cinahda çıxış edir. Lakin Qırtımovu itirməmək üçün bu addımı atdıq. Turan Vəlizadə gənc futbolçudur, əlindən gələni edir. Amma əsas heyətdə yer qazanmaq üçün öz üzərində çox çalışmalıdır. Limit barəsində seçimimiz o qədər də çox deyil. (Report.az)
 
Fanat.Az 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
14:11

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X