Azərbaycanlı futbolçu Vüqar Bəybalayevin formasını geyindiyi "Telavi” Gürcüstan çempionatında 9-cu turun oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, sözügedən kollektiv səfərdə "Şukura” ilə qarşılaşıb və 0:2 hesabı ilə məğlub olub.
27 yaşlı yarımmüdafiəçi bu dəfə sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, "Telavi” cari mövsümdə keçirdiyi 9 oyunda cəmi 6 xal toplayıb və 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.
Fanat.Az