13:56 18.04.2021 794

Əhməd haradadır? - İlqar Tağıyevdən yeni yazı

İlqar TAĞIYEV

Premyer Liqamızda komandalar cari mövsüm qış fasiləsinə yollananda lider "Neftçi" idi. 14 oyuna 24 xal yığan flaqman son 7 ilin çempionu "Qarabağ"ı 1 xal qabaqlayırdı. Hansı ki, Ağdam təmsilçisi 1 oyun az keçirmişdi. Fasilədən sonra da "Neftçi" liderliyini davam etdirdi. Ta ki 22-ci tura kimi. Ancaq "Sumqayıt"a 0:2 hesablı məğlubiyyət, ardınca "Qəbələ" ilə heç-heçə (2:2) komandanı taxtdan saldı.

Qışda "Neftçi"nin çempionluğuna ümid böyük idi. Düşünmək olardı ki, bunun üçün qış fasiləsində komanda bir qədər də gücləndiriləcək, transferlər ediləcək, müəyyən işlər görüləcək və s. Əslində, görüldü də. Amma zaman göstərdi ki, edilən transfer(lər) səhv, görülən işlər yetərincə deyil.

İki il əvvəl də oxşar mənzərə idi. Qış fasiləsinə 5 xallıq fərqlə zirvədə yollanan "Neftçi" sonda liderliyi "Qarabağ"a təhvil vermişdi. Düzü, bu il də "Neftçi"nin çempion olacağına ümid azdır. İnişil komandanın başında Roberto Bordin idi, bu il isə Samir Abasovdur. Yəni fərqli məşqçilər. Demək, son 3 mövsümdə 2 dəfə qış fasiləsinə lider yollanan komandada problem məşqçilərdə deyil, rəhbərlikdə, verilən qərarlarda və idarəetmədədi.

Qayıdaq "Neftçi"nin bu mövsüm qışda gördüyü işlərə. İlk olaraq mövsümün gedişində komandaya gətirilən konqolu hücumçu Prins İbara ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildi. İranlı yarımmüdafiəçi Saman Nərimancahanla da sözləşmə eyni qaydada, ancaq bir qədər gec - martın ortalarında, Keysuki Hondanın gəlişindən sonra ləğv edildi. Yenə də qarşılıqlı razılaşma əsasında. Hondadan söz düşmüşkən, onun komandaya gəlişi futbol ictimaiyyətində xeyli müzakirələrə səbəb oldu. Bir qisim yapon futbolçunun trasferini alqışlayır, onun komandaya xeyir verəcəyini düşünür, digər qisim isə Hondanın yersiz transfer olduğunu, ona verilən pulların boşuna xərcləndiyi və "Neftçi"yə heç bir xeyir verməyəcəyini iddia edirdi. Hələlik 2-ci qisim insanlar haqlı görünürlər. Keysuki "Neftçi"də meydana çıxdığı 2 oyunda təcrübəsi sayəsində müəyyən epizodlarda yadda qalsa da, komandasına xeyir verə bilməyib. Üstəlik, onun oynadığı hər 2 oyunda "Neftçi" qələbəyə həsrət qalıb.

 

Hondanın gələcəkdə komandaya yararlı olacağı nə qədər inandırıcı görünsə də, fevralda transfer olunan və peşəkarlığına, ustalığına görə ondan xeyli geri qalan digər transfer haqqında bunu demək mümkün deyil. Söhbət bolqarıstanlı hücumçu Ahmed Ahmedovdan gedir. Bizim təbirimizcə desək, Əhməd Əhmədovdan. "Neftçi" Sofiya ÇSKA-sının üzvünü mövsümün sonuna kimi icarəyə götürüb. Bunda da məqsəd komandada hücumçu problemlini aradan qaldırmaq idi. Bayaq qeyd etdiyimiz kimi, mövsümün əvvəlində transfer olunan Prins İbara ümidləri doğrultmadı. Amma səviyyəsinə görə Ahmeddən üstün futbolçu təsiri bağışlayırdı. Bunu onun karyerasına, Konqo millisindəki çıxışına görə yazırıq. Üstəlik, İbara "Neftçi"yə Ahmedovla müqayisədə daha ucuz başa gəlmişdi. "Neftçi"də 8 oyuna cəmi 1 qol vuran qaradərilinin göndərilməsi gözlənilən idi. Əvəzində İbaradan heç nə ilə fərqlənməyən futbolçunun icarəyə götürülməsi, özü də təxminən 2 dəfə çox məvacibə, hansı məntiqə sığır, məqsəd nə idi, bunu Ahmedi komandaya gətirən(lər) daha yaxşı bilər. Maraq üçün qeyd edək ki, qeyri-rəsmi məlumata görə, İbaranın aylıq məvacibi 5 min dollar idisə, Ahmeddə bu rəqəm 10-12 min dollardı. Karyerası ərzində 1 dəfə də olsun legioner həyatı yaşamayan, 1 dəfə də olsun əsas milliyə çağırılmayan hücumçunun "Neftçi" səviyyəsində futbolçu olmadığı gələn gündən bəlli idi. Zamanla transferin yanlış olduğu sübut olunur. Ahmed bu günə kimi 4 oyunda meydana çıxıb. "Qəbələ"ilə matçda (1:0) 56-cı dəqiqədə Mirabdulla Abbasovu əvəzləyib, "Zirə" ilə oyunda (0:1) isə əsas heyətdə yer alsa da, 61-ci dəqiqədə yerini Sabir Buqrinə verib. Bu 2 oyunda heç nə ilə yadda qalmayan Ahmed Ahmedov üstəlik, zədələnib də. Deyilənə görə, futbolçu "Neftçi"yə zədəli gəlibmiş. Bunlar bir yana, zədəsini sağaldan və "Neftçi"nin son 2 oyununda əvəzetmədən oyuna qoşulan Ahmedov qol vurmaq, məhsuldar ötürmə etmək bir yana, yalnız 1 halda təhlükəli epizod iştirakçısı ola bilib. 4 oyun Ahmedin necə hücumçu olduğunu deməyə bəs edir. Onda əsl hücumçuya xas driblinq, təhlükəli epizod yaratmaq, qol vurmaq, boş zonaya açılmaq və digər bacarıqların heç biri indiyə kimi sezilməyib. O halda bolqarıstanlı futbolçu hansı kriteriyalarına görə çempionluq uğrunda yarışan komandaya transfer olunub?

Çempionatın bitməsinə hələ 6 tur var. "Qarabağ"la xal fərqi də o qədər böyük deyil - 3 xal. Çempionun kimliyi komandaların qalan 6 oyunda əldə edəcəkləri nəticədən asılı olacaq. Üstəlik, bu komandalar arasında keçiriləcək "6 xallıq" qarşılaşma sonuncu tura təsadüf edəcək. Yəni "Neftçi"nin çempionluq şansı qalır. Amma 2 şey dəqiqdir: birincisi, bu şansın qışdakı qədər yüksək olmaması, ikincisi isə Ahmedin "Neftçi"yə kömək edə bilməyəcəyi.

Gənc nəsilin maraq dairəsində olmaya bilər. Amma yaşlı nəsil bu filmi yaxşı xatırlayır. 1963-cü ildə lentə alınan və Adil İsgəndərovun rejissoru olduğu filmdə unudulmaz aktyorlar rol almışdılar. Filmdə Şirin kişi (Məmmədrza Şeyxzamanov) və onun həyat yoldaşı Nərgiz xala (Nəcibə Məlikova) kənddən şəhərə övladları Əhmədi axtarmağa gəlir və bu yolda başlarına gələn maraqlı hadisələrdən bəhs edilir. Söhbət "Əhməd haradadır?" komediyasından gedir. Nəyə görə yazının sonunda bu filmi xatırladıq? "Neftçi" oyunlarına baxdıqda istər-istəməz özünə sual verirsən - Əhməd haradadır?
 
P.S. Yazı dünən keçirilən "Neftçi" - "Zirə" (4:0) oyunundan əvvəl yazılıb.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

Facebookdan bizi izləməyi unutmayın.
X