Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal oyunlarına start verilib.
Fanat.Az xəbər verir ki, mərhələnin hər iki görüşü eyni gündə keçirilib.
Günün ilk matçında "Keşlə" öz meydanında "Zirə"ni qəbul edib. Hesabı meydan sahibləri açsa da, Rəşad Sadıqovun komandası oyunu çevirərək qələbə qazanıb. Səfərdə 2 top vuran "qartallar" bu zəfər sayəsində finala doğru inamlı addım atıb.
Digər görüşdə isə "Qarabağ" Sumqayıtda eyniadlı komanda ilə qarşılaşıb. "Köhlən atlar"ın "kimyaçılar"la ilk dueli qolsuz bərabərliklə bitib.
Qeyd edək ki, yarımfinal mərhələsinin cavab matçları aprelin 29-da oynanılacaq.
Azərbaycan Kuboku
Yarımfinal
İlk oyunlar
21 aprel
Keşlə - Zirə 1:2
Qollar: Tounkara, 45+2 - Bonqonqui, 57; Andelkoviç, 62
Hakimlər: Kamal Umudlu, Elşad Abdullayev, Kamran Bayramov, Vüqar Həsənli.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
"ASK Arena”.
Keşlə: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 4. Şəhriyar Əliyev, 25. Con Kamara, 10. Sezar Meza Kolli, 91. Sadio Tonkara, 9. Anatole Abanq, 99. Rafael Məhərrəmli.
Ehtiyat oyunçular: 36. Süleyman Süleymanov, 18. Ruslan Əmircanov, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 20. Rail Məlikov, 23. Nicat Qurbanov, 11. Silvio Rodriqes, 29. Yevgeni Koçuk, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə, 79. Bahadur Həziyev, 64. Kənan Cəfərov.
Baş məşqçi: Sənan Qurbanov.
Zirə: 1. Mateus Albino, 10. Ağabala Ramazanov (k), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 9. Davit Volkov, 11. Klesio Bauk, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 17. Rodriqo Bonqonqui, 21. Hacıağa Hacılı.
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 8. İlkin Muradov, 91. Ruslan Qurbanov, 4. Elvin Camalov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 12. Lazar Corceviç, 14. Fakundo Melivilo, 7. Tural Bayramlı, 29. Musa Qurbanlı, 77. Cəlal Hüseynov.
Baş məşqçi: Rəşad Sadıqov.
Sumqayıt - Qarabağ 0:0
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Zeynal Zeynalov, Rauf Cabarov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
"Kapital Bank Arena”.
Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 14. Elvin Bədəlov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 78. Dmitro Nağıyev, 21. Cabir Əmirli, 11. Mehdi Şərifi, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev, 20. Rüfət Abdullazadə.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 71. Hüseynəli Quliyev, 97. Xəyal Nəcəfov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 22. Cavid İmamverdiyev, 9. Əli Qurbani, 30. Nəbi Məmmədov, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə, 85. Rüstəm Hümbətov.
Baş məşqçi: Ayxan Abbasov.
Qarabağ: 12. Emil Balayev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 81. Kevin Medina, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov.
Ehtiyat oyunçular: 94. Ayhan Arazlı, 4. Rahil Məmmədov, 10. Abdullah Zubir, 66. Cavid Bayramov, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.
Fanat.Az