11:51 29.04.2021 1168

İntizam Komitəsinin müəmmalı araşdırması

Azərbaycan Premyer Liqasının XXIV turunda keçirilən qalmaqallı "Sabah" - "Neftçi" oyunu ilə bağlı AFFA-nın İntizam Komitəsi hər iki tərəfə bir sıra cəzalar, cərimələr kəsdi. 

Ancaq "Sabah"ın rəsmi şəxsi Miloş Jevtic barəsində araşdırılma aparılır" bəndi futbol ictimaiyyətinə qaranlıq qaldı. Çünki digər bəndlərdə futbolçuların, "Neftçi"nin baş məşqçisi Samir Abasovun hansı hərəkətlərinə görə cəzalandıqları açıq şəkildə bildirilsə də, Jevticin hansı səhvinin araşdırılacağı haqda heç bir məlumat qeyd olunmayıb. 
 


Məsələni araşdırmaq üçün "Sabah" klubuna müraciət etdik. Lakin paytaxt təmsilçisinin mətbuat katibi Elnur Həmidov bununla bağlı məlumatı olmadığını dedi. Araşdırmanı AFFA apardığı üçün dolğun məlumatı onların verə biləcəyini bildirdi. 
 


Suallarımızı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullaya ünvanladıq. Qurum rəsmisi Fanat.Az-a açıqlamasında məsələni belə izah etdi:
 
"İntizam Komitəsi araşdırmanı ya hakimin, ya da AFFA nümayəndəsinin protokoluna əsasən aparır. Həmin protokollar İntizam Komitəsi ilə protokolu yazan şəxs arasında olan prosesdir. Ona görə də bu oyunun protokolunda nələr qeyd olunduğunu dəqiq deyə bilmərəm. İntizam Komitəsinin qərarını gözləməliyik". 
 
Ancaq İntizam Komitəsinin oyunda və oyundan sonra baş verən qayda pozuntuları ilə bağlı qərarları dərhal açıqlayıb, Miloş Jevtic "məsələsi"ni müəmmalı saxlaması ictimaiyyətdə suallar, hətta şüphələr yaradır. Nədir təqsiri: təhqirmi edib, qaydanımı pozub, provokativ addımmı atıb, oyun alqı-satqısında şüphəlimi bilinir?! İclasda müzakirə olunub cəzası açıqlanmayacaq dərəcədə Jevtic necə bir təqsirin sahibidir ki, haqqında uzun müddərti araşdırma aparılır? İctimaiyyət arasında bu sualların yaranmasına şərait yaradan İntizam Komitəsi ölkə çempionatında çıxış edən bir klubun rəsmisini nədə ittiham etdiyini sirr kimi saxlayaraq "çiy" qərarı ilə "Sabah" klubun da imicinə xələl gətirir. 

Qeyd edək ki, İntizam Komitəsi 3 futbolçusu qırmızı vərəqə ilə cəzalandığı üçün meydan sahiblərini 4 800 manat cərimələyib. Futbolçulardan kapitan Bəhlul Mustafazadə və müdafiəçi Filip İvanoviç qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq diskvalifikasiyaya, klub isə hər biri üçün 200 manat cəriməyə məruz qalıb. Təmkin Xəlilzadə isə eyni hərəkətə görə qovularkən hakimi təhqir etdiyi üçün 4 oyunluq cəzalanıb, klub 3200 manat ziyana düşüb. Komandanın rəsmi şəxsi Miloş Jevtic barəsində isə araşdırılma aparılır.

"Neftçi”yə gəldikdə, 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimələnib. Komandanın baş məşqçisi Samir Abasov isə 2 oyunluq cəzaya, klub 4 000 manat cəriməyə məruz qalıb. Buna Abasovun oyundan sonra dava-dalaşa təhrikedici hərəkətlər etməsi, aqressivlik göstərməsi, mətbuat konfransı zamanı hakimin qərarlarını müzakirə etməsi və qeyri-etik ifadələr işlətməsi səbəb olub.
 
Röya Kərimli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

Facebookdan bizi izləməyi unutmayın.
X