00:11 20.05.2021 1118

Qurban Qurbanov: "Daha çox futbolçu istəyirik"

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində "Neftçi”yə qarşı keçirdikləri matçı şərh edib.
 
Fanat.Az xəbər verir ki, Qurbanov, 0:1 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
- Rəqibi təbrik edirəm. Həqiqətən, çox istəkli idilər. Samir Abasovu ürəkdən təbrik edirəm. Ona uğurlar arzu edirəm. Öz futbolçularımı təbrik edirəm. Futbolçularım neçə illərdir çox əziyyət çəkirlər. Həm millidə, həm kubokda, həm avrokuboklarda çox oyun keçirirlər. Hər zaman komandadan uğur tələb olunur. Bu da futbolçuda gərginliyi artırır. Çalışırıq ki, bu komandanı qoruyub saxlayaq.
 
- Komanda yeni mövsümdə Konfrans Liqasında mübarizə aparacaq. Komandanı bu turnirə kökləmək çətin olmayacaq?
- Belə deməzdim. Hər halda, Avropa təcrübəsidir. Bizim üçün hər oyun böyük təcrübədir. Yeni turnirdə iştirak etmək bizim üçün maraqlı olacaq. İndi futbolçulara istirahət lazımdır. İstirahətə çox ehtiyacımız var. Konfrans Liqasında maksimum dərəcədə yaxşı çıxış etməyə çalışacağıq.
 
- Bu məğlubiyyətə səbəb nə idi?
- Elə də ciddi səbəb görmürəm. İlk hissədə Patriki, ikinci hissədə də Mahiri itirdik. Digər tərəfdən üçüncü hücumçunu meydana buraxdıq. Futbolda belə epizodlar olur. Rəqibin qolu zamanı qarışıqlıq yarandı.
 
- Xaymer Romeronun epizodunda penalti olduğunu düşünürsüz? Samir Abasov penalti olmadığını dedi...
- Kimə necə sərf edirsə, elə deyə bilər (gülür). Romeronun epizodu mənə elə gəlir ki, yüz faizlik penalti idi. Bu epizoda görə uduzduq deyə, özümə haqq qazandırmaq istəmirəm. Nəticədə məğlub olduq. Mən düşünürəm ki, Romeronun epizodunda penalti var idi.
 
- Sizi ən çox məyus edən nədir?
- Mən indi bu komandada özümü daha rahat hiss edirəm. Torpaqlarımız geri alınandan sonra "Qarabağ"da özümü daha rahat hiss edirəm. Torpaqlar düşmən əlində olanda mənə başqa cür təsir edirdi. Daima həyəcan, qorxu içində olurdum. Düşündüklərimi meydanda tam yerinə yetirə bilmirdim. Ancaq indi daha ürəkli olmağa çalışıram. Biz hər gələn legionerə Qarabağın işğal altında olduğunu izah edirdik, onlara bu məsuliyyəti aşılayırdıq. Azarkeşlərimizə görə heyfslənirəm. Çünki il boyu komandanın çempionluğunu gözləyirlər. Bu gün bazamızdan çıxanda xeyli sayda azarkeş gəlib, bizi yola saldı. Bircə, onlara görə heyfslənirəm. Qarşıdakı illərdə komandada bəzi dəyişikliklər edilə bilər. Son iki ildə gedən futbolçuların yerini doldura bilmirik. İnşallah, biz yenə də öz oyunumuzu daha da yaxşılaşdırmağa çalışacağıq.
 
- Qarşıdakı mövsümdə ev oyunlarından birini Ağdamda keçirmək fikriniz var?
- Belə fikir hər zaman olub. Sadəcə, bizim ora getməyimiz hələ tezdir. Çünki orada bərpa işləri gedir. Nə vaxt tam bərpa olunsa, niyə getməyək? Dövlət proqramını gözləməliyik, görək nə qərarlar veriləcək.
 
- Avqustun 21-də çempionat başlayanda ölkədə koronavirusla bağlı vəziyyət gərgin idi. Bu mövsüm karyeranızın ən çətin mövsümü ola bilər?
- Deməzdim. Bu il çox problemli il oldu. Mövsüm ərzində zədələrə görə çox problem yaşadıq. Bu oyunda da yenə iki futbolçum zədələndi. Belə problemlər olur. Oyuna hazırlaşmaq üçün də vaxtımız az idi. Tez əvəzetmə düşünməmişdik. Ümumilikdə, mövsümü çətin yox, gərgin adlandırardım. "Legiya" ilə səfər oyununda müharibə gedirdi və bütün düşüncəmiz əsgərlərimizin yanında idi. Buna baxmayaraq, orada qələbə qazana bildik. Biz belə gərgin oyunlarda bütün futbolçularımıza güvənirik. Məğlub olsaq da, bir neçə uğur əldə etmişik.
 
- Bu mövsüm çempionluq üçün nə etməli idiz deyə, özünüzə sual vermisiz?
- Nə etmək lazım idisə, etdik. Sadəcə, bayaq sadaladığım problemlər oldu. Bunlara baxmayaraq, çempionluq üçün hər şeyi etdik. Futbolçulara bu oyundan sonra ilk sözüm o oldu ki, biz məğlub olmağı bacarmalıyıq. Məğlub olmağı bacarmasaq, uğur əldə edə bilmərik. Hər komanda bizə qarşı daha yaxşı hazırlaşır, istəkli olur. Bu il ən çox topa sahib olduğumuz, qol epizodu yaratdığımız, qol vurduğumuz və ən az qol buraxdığımız illərdəndir. Bir az da keyfiyyətimizi qaldırsaq, daha yaxşı uğurlar əldə edə bilərik. Ruhdan düşməli deyilik, komandama güvənirəm. 
 
- Yeni mövsümlə bağlı nələr deyə bilərsiz?
- Bakıda olacam, uzağa getməyəcəm. Müqaviləsinin müddəti bitən futbolçularla bağlı məsələni tez bir zamanda yoluna qoymağa çalışacağıq. Daha çox futbolçu istəyirik. Bilirsiz ki, Mahir Emreli də gedir. Çalışacağıq ki, ilk növbədə əlimizdə olan futbolçuları saxlaya bilək.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:30

MPL: 35-ci tur start götürür - YENİLƏNİR

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

Facebookdan bizi izləməyi unutmayın.
X