Azərbaycan Kubokunun final görüşünün bütün təyinatları müəyyənləşib.
Fanat.Az xəbər verir ki, mayın 24-də keçiriləcək "Keşlə” – Sumqayıt” görüşünü FİFA referisi Əliyar Ağayev idarə edəcək.
Ona yan xətt hakimləri qismində Zeynal Zeynalovla Akif Əmirəli kömək edəcəksə, Elçin Məsiyev dördüncü hakim funksiyasını yerinə yetirəcək. Matçın ehtiyat köməkçi hakimi Elşad Abdullayev olacaq.
"Bank Respublika Arena”da baş tutacaq görüş 19:30-da start götürəcək.
Fanat.Az