Azərbaycan Kubokunun qalibi və finalçısı mükafatlandırılıb.
Fanat.Az xəbər verir ki, "Bank Respublika Arena"dakı tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev iştirak edib.
Öncə finalda uduzan "Sumqayıt"a gümüş medallar verilib. Ardından ölkə kubokunun qalibi "Keşlə" qızıl medallarını alıb.
Paytaxt təmsilçisinin kapitanı Tərlan Quliyevə kuboku AFFA-nın prezidenti Rövnəq Abdullayev təqdim edib.
Qeyd edək ki, "Keşlə" finalda "Sumqayıt"ı məğlubiyyətə uğradıb - 2:1.
Azərbaycan kuboku
2020/21 mövsümü
Final
24 may
Keşlə - Sumqayıt 2:1
Qollar: Şəhriyar Əliyev, 37. Miyusko Boyoviç, 57 - Miyusko Boyoviç, 3 (avtoqol).
Keşlə: 1. Stanislav Namaşko, 19. Azər Salahlı, 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 4. Şəhriyar Əliyev (k), 21. Miyusko Boyoviç, 10. Sezar Meza Kolli, 11. Silvio Rodriqes, 91. Sadio Tonkara, 9. Anatole Abanq, 99. Rafael Məhərrəmli
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 2. İlkin Qırtımov, 20. Rail Məlikov, 23. Nicat Qurbanov, 25. Con Kamara, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə, 79. Bahadur Həziyev, 44. Sərcan Omarov
Baş məşqçi: Sənan Qurbanov
Sumqayıt: 13. Aydın Bayramov, 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 5. Cəmaləddin Xocaniyazov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 71. Hüseynəli Quliyev, 3. Vurğun Hüseynov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 78. Dmitro Nağıyev, 21. Cabir Əmirli, 11. Mehdi Şərifi, 30. Nəbi Məmmədov, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev.²
Ehtiyat köməkçi hakim: Elşad Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
"Bank Respublika Arena”.
Fanat.Az