22:14 24.05.2021 609

"Qorxduğumuz başımıza gəldi" - Ayxan Abbasov

"Şükürlər olsun, çətin dönəmdə çempionatı başa vurduq. Burada hamının rolu var. Hər kəsə təşəkkür edirəm". 

Fanat.Az xəbər verir ki, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Keşlə"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun final matçından sonra mətbuat konfransında deyib.
 
40 yaşlı mütəxəssis finala yaxşı hazırlaşdıqlarını bildirib: "Futbolçularımı təbrik edirəm. 3-cü yeri təmin etdikdən sonra komandada rahatlıq ola bilərdi. Amma bu göstərmədilər. Bu gün oyunla məğlub olmadıq. Çıxışımız məni sevindirir. İlk hissədə bəlkə də mövsümün ən yaxşı oyununu oynadıq. Amma təəssüflər olsun ki, ikinci dəfə finala çıxsaq da, kuboku qazana bilmədik. Bunun özü də bir uğurdur. Hamımız titul istəyirdik".
 
Abbasovun sözlərinə görə, mövsümün əvvəlində komandaya inananlar az idi: "Çempionat pandemiyaya görə dayananda çox adam düşünürdü ki, çempionat davam etsəydi, "Sumqayıt" bu yükü daşıya bilməyəcəkdi. Bu, məni üzürdü. Bu gün futbolçular sübut etdi ki, ötən ilki uğurumuz təsadüf deyil. Futbolçularıma təşəkkür edirəm ki, özləri haqqında bu fikri dəyişə bildilər. Amma daha da inkişaf etməliyik. Heyəti qoruya bilməməyimiz məni üzür. İki günlük istirahətdən sonra yeni mövsümün planları ilə məşğul olacağıq. "Keşlə"ni və avrokuboka vəsiqə qazanan digər klublara uğurlar arzu edirəm. Avrokuboklara düşməyənlər də ruhdan düşməməlidirlər. Rəhbərliyə təşəkkürümü bildirirəm. İnanıram ki, düzgün qərar verəcəklər".
 
Baş məşqçi hələ heç bir futbolçu ilə müqavilə bağlamadıqlarını söyləyib: "Mənim də sözləşməm bitir. Rəhbərliklə danışdıqdan sonra bu suala cavab verə bilərəm. Hələ heç nə bilinmir. Hər baş məşqçinin planı olmalıdır. Oyunçuların qalmasını istərdim. Bəzi mövqelərdə rəqabət olmasını istərdim. Çünki çox əziyyət çəkdik. Bu gün gənclərə şans verdim ki, final ab-havasını hiss etsinlər. Bu, onlar üçün böyük təkandır. Mən özüm də məşqçi kimi inkişaf etmək istəyirəm. İnanıram ki, xeyirli qərarlar veriləcək". 

Abbasov oyundan sonra bəzi futbolçuların ağladığını gizlətməyib: "Onlara dedim ki, başımızı uca tutmağa haqqımız var. Bu gün ruhdan düşsək, bizim üçün yaxşı olmaz. İçəridə sarsıntı olsa da, bunu büruzə verməməyə çalışdım. Müasir futbolda aqressiya, istək olmasa, qələbə qazana bilməzsən. Ən qorxduğumuz standart vəziyyətlər idi. O da başımıza gəldi".
 
Mütəxəssis çempionatda qazandıqları bürünc medalı ölkə kubokuna dəyişməklə bağlı suala da cavab verib: "Çətinliklərimizi göz önünə gətirəndə seçim etməkdə tərəddüd edirəm".
 
Abbasov "Keşlə"nin baş məşqçisi Sənan Qurbanovla arasındadı maraqlı dialoqu da açıqlayıb: "Ona dedim ki, kubokun üzərinə sənin şəklini vura bilərik. Yerli məşqçilərin uğuru məni sevindirir. Ümid edirəm ki, yenidən onunla rəqib olaram".

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

Facebookdan bizi izləməyi unutmayın.
X