"Səbail" klubu futbolçusu Əfran İsmayılovla müqavilənin müddətini uzadıb.
Fanat.Az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi 2021/2022 mövsümündə də "dənizçilər"in formasını geyinəcək.
Qeyd edək ki, Əfran İsmayılov 2020-ci ilin sentyabrında "Səbail"ə keçib. O, indiyədək "Qarabağ", "Turan", "Bakı", "Xəzər Lənkəran", "Sumqayıt" və "Keşlə" klublarında çıxış edib, Azərbaycan millisində 38 oyun keçirib və 5 qol vurub.