16:05 15.06.2021 2576

“Neftçi”də maxinasiya, yoxsa… – Ayda 10105 manat maaş alan futbolçu Kamran Quliyev

Azərbaycanda futbol klublarının əksəriyyətinin SOCAR-dan, dolayısı ilə də dövlətdən maliyyələşməsi maxinasiyalara, pul yeyintisinə yol açmaq üçün əla fürsət yaradır. Buna yaxın illər üçün unudulmayan nümunə Gəncənin "Kəpəz” klubunda baş verənlər idi. AFFA-nın keçmiş mətbuat katibi Mikayıl Nərimanoğlu Müşahidə Şurasında təmsil olunduğu "Kəpəz” klubundan da, federasiyada tutduğu vəzifədən də məhz maliyyə fırıldaqçılığına görə uzaqlaşdırıldı. "Kəpəz” hardan maliyyələşir? AFFA-dan, dolayısı ilə SOCAR-dan, yenə də, dolayısı ilə dövlətdən. Bunu xatırlatmaqda məqsədimiz var. Bir az sonra oxuyacaqlarınıza görə "ola bilməz, mümkun deyil, yalandır” söyləməməniz üçün xatırlatmaqda fayda var.

"Ailə” TV-dən "Neftçi”yə

Quliyev Kamran Fikrət oğlu. Onu hamımız "Neftçi” klubunun prezidenti kimi tanıyırıq. 1978-ci il iyulun 16-da dünyaya göz açan Kamran Quliyev AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun birbaşa dəstəyi və yardımı ilə futbol sahəsinə qədəm basana kimi tamamilə başqa sahələrdə fəaliyyət göstərib. O, 1997-98-ci illərdə "Most-Bank Azərbaycan”ın ("Bank Standart”) plastik kartlar departamentində mütəxəssis kimi iş fəaliyyətə başlayıb. 2001-03-cü illərdə "Studiya Plyus” MMC-də (internet layihələrin yaradılması) baş direktor olub. 2003-06-cı illərdə "Azərbaycan Beynəlxalq Bankı”nın marketinq departamentində baş mütəxəssis vəzifəsini yerinə yetirib. 2006-09-cu illərdə "Ailə” TV kabel televiziyasının baş direktoru vəzifəsini icra edib. Nəhayət, 2009-cu ildən futbol sahəsinə keçib. 2009-11-ci illərdə AFFA-nın texniki departamentində texniki direktorun müavini vəzifəsində işləyib. 2011-18-ci illərdə "Sumqayıt” klubunun prezidenti olub. 2018-ci ildə isə bir gecənin içində Elxan Məmmədov Quliyevi "Neftçi”nin prezidenti vəzifəsinə təyin edib, ya da etdirib.

Aylıq 10105 manat məvacib alan futbolçu Kamran Quliyev

Düzü, Kamran Quliyevlə bağlı məlumat bizə təqdim ediləndə, əvvəlcə buna inanmadıq. Amma sonra Elxan Məmmədovun başqa bir sevimli kadrının – Mikayıl Nərimanoğlunun "Kəpəz” klubunda pul yeyintisinə necə bulaşdığını, buna görə tutduğu vəzifələrdən qovulduğunu yada salanda, istər-istəməz inanmalı olduq. Məlumata gəlincə…

Bəli, biz hamımız Kamran Quliyevi "Neftçi” klubunun prezidenti kimi tanıyırıq. Amma işin rəsmiyyətə töküldüyü dairələrdə, sistemdə Quliyev "Neftçi”nin prezidenti deyil, futbolçusudur! Bəli, bəli, yanlış oxumadız, futbolçusu! Adam klubun prezidenti deyil, futbolçusu kimi qeydiyyatdan keçib. Yəni sabah "Neftçi” Kamran Quliyevi Çempionlar Liqasının oyunlarına futbolçu kimi də sifariş edə bilər. Bu, maxinasiyadır, yoxsa adicə texniki səhvdir, klubdan öyrənmək istədik. "Neftçi”yə göndərdiyimiz sorğuda təkcə Quliyevin hansı səbəbdən klub prezidenti deyil, futbolçu kimi göstərildiyini soruşmadıq, onun məvacibi haqda suala da cavab istədik. Bizə verilən məlumatda Kamran Quliyevin aylıq 10105 manat məvacib aldığı görünür. Günümüzün şərtlərində bu məbləğ həddən artıq çoxdur. Azərbaycan Milli Elmlər Akademiyasının alimləri, professorları bu məcavibin yarısını belə, almırlar. İnternet resurslarında Azərbaycan Respublikasının prezidentinin aylıq məvacibinin 15 min manat olduğu yazılır. Yəni elə də ciddi uğuru olmayan klubun prezidentindən bir qədər çox.

"Neftçi”nin sorğumuza cavabına gəlincə, klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev "siz sorğunu göndərin, biz cavablarıq” desə də, qarşı tərəfdən heç bir cavab olmadı. Halbuki, klub rəsmilərinin sorğuya cavab verməsi üçün beş gün vaxtı oldu. Kamran Quliyevin özüylə danışmaq cəhdi də baş tutmadı. Başı ayda 10105 manat məvacib almağa qarışan klub prezidenti (ya da futbolçu) zəngimizə cavab vermədi.

Vəssalam, belə… Sonda sizə Kamran Quliyevin futbolçu kimliyinə sahib və aylıq maaşının 10105 manat olduğunu göstərən dəlil-sübutun bir hissəsini təqdim edirik. Bunu tam formada təqdim etməməyimizin tək səbəbi isə məlumat verən qaynağa, mənbəyə sayğıdan irəli gəlir. Baxın və düşünün: Azərbaycan futbolu kimlərin əllərindədir, kimlərin əlləri kimlərin ciblərindədir.
 


Mənbə: Komanda.az, İdmanxeber.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:54

Avropa Liqası: "Sabah" Sloveniya təmsilçisinə qarşı - YENİLƏNIR

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:45

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

Facebookdan bizi izləməyi unutmayın.
X