13:14 16.06.2021 725

AFFA-dan hərəkət, TFF-dən bərəkət

Dünən - 15 iyun tarixində Şuşa Bəyannaməsinə atılan imzalar dövlətçiliyimizin işıqlı sabahı üçün növbəti uğurun təməlidir. Strateji əhəmiyyət kəsb edən bəyannamənin imzalanma törəninin Şuşa şəhərində keçirilməsi isə gələcəyə hesablanmış ayrı bir mesaj idi.  

Son illərdə  qardaş Türkiyə, Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamını bütün parlaqlığı ilə bizə hiss etdirdi. Bu ilin aprel ayından Azərbaycan vətəndaşlarının Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə giriş-çıxışına icazə verilməsini misal göstərə bilərik. Sənaye, tikinti, təhsil və sair sektorlarda imzalanmış müqavilələr hər gün artmaqdadır. Bütün sadalananların sonunda bir məqsəd var – iqtisadiyyatı, sənayesi, təhsili və sairi ilə güclü Azərbaycan olmaq. Güclü olmaq uğura, qələbəyə öyrəşmək və uğurun, qələbənin "resept”ini bilməkdir. 

Təbii, "axsayan” sahələrimiz də var. Dövlətin uğura doğru apardığı siyasətlə ayaqlaşmayan, illərdir milyonlar xərclənən futbolumuz heç yerində də saymır. Dövlətdən maliyyələşən, birbaşa uşaq futbolunun inkişafına, milli komandaların inkişafına cavabdeh qurumun - AFFA-nın rəhbərliyi "top çiləmə” festivallarının təşkilindən, mağazalardan  top alan hər uşağı futbolçu kimi qeydiyyatdan keçirməkdən  başqa heç bir iş görmür. Yuxarıda qeyd etdiyim kimi, hər iki dövlət müxtəlif sahələrdə əməkdaşlıq, tərəfdaşlıq müqavilələri imzalayırsa, AFFA da Türkiyə Futbol Federassiyası (TFF) ilə danışıqlara başlamalıdır. Şəxsiyyət vəsiqəsi ilə qardaş ölkəyə sərbəst səfər etmək imkanımız varsa, niyə bu qayda futbola da şamil olunmasın? Azərbaycanlı futbolçuların Türkiyədə yabançı - əcnəbi statusunun ləğvi üçün danışıqlara start verməyin əsl vaxtıdır. Düzdü, yaxın keçmişdə TFF ilə bu mövzuda danışıqlara cəhd edilmişdi, amma son nəticədə razılıq əldə olunmadı. İndiki durumda isə olduqca münbit şərait yaranıb. Yəni bizimkilər təşəbbüs göstərsə, TFF  də möhkəmlənən qardaşlığa öz töhfəsini verəcək. 

Şübhəsiz, AFFA azərbaycanlı futbolçuların Türkiyədə əcnəbi statusunun ləğvinə nail olsa, inkişafa təkan olacaq. Belədə, qardaş ölkə klublarının yerli futbolçularımıza marağı artacaq. 

Bu gün həm də o gündür ki, Azərbaycan və Türkiyə Respublikalarının Prezidentləri Bakı Olimpiya Stadionunda Türkiyə -  Uels millilərinin qarşılaşmasını izləyəcək. Bu tarix futbolumuz adına da gözəl bir gün ola bilərdi. AFFA vaxtında sözügedən təkliflə çıxış etsəydi, bəlkə də müjdəni Prezidentlərin dilindən eşidərdik. Yenə də gec deyil. Bu gün olmasın, on gün sonra olsun, yetər ki, olsun! 

Bəlli, bir sıra futbolçularımız məhz yabançı statusuna görə karyerasını Türkiyədə davam etdirə bilməyib.  Ümid edək ki, bundan sonra AFFA və TFF razılığa gəlib futbolumuzun inkişafına təkan verər. Sözügedən məsələ həllini tapsa, AFFA da öz işini görmüş sayılar. 

Fanat.Az olaraq biz də bu mövzunu gündəmdə saxlayacaq, futbol mütəxəssislərinin fikirlərini, təkliflərini dərc edib AFFA-ya yardımçı olmağa çalışacağıq. 

Top sizdə, Elxan bəy! 

Əli Sahib
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:54

Avropa Liqası: "Sabah" Sloveniya təmsilçisinə qarşı - YENİLƏNIR

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:45

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

Facebookdan bizi izləməyi unutmayın.
X