2021/22 mövsümü üçün transfer çalışmalarını sürətləndirən "Sumqayıt” heyətindəki oyunçularla bağlı qərarlarını da verməkdə davam edir.
Fanat.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, daha bir oyunçu ilə yeni müqavilə imzalanıb.
Bu dəfə müdafiəçi Tellur Mütəllimov "gənclik şəhəri” təmsilçisi ilə sözləşmə müddətini uzadıb. 26 yaşlı oyunçunun yeni müqaviləsi gələn ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, ötən mövsümdən "Sumqayıt”ın şərəfini qoruyan Tellur Mütəllimov ümumilikdə 25 oyunda meydana çıxıb. O, 3 dəfə rəqib qapılarına yol tapmağa müvəffəq olub. Tellur həmçinin Azərbaycanın U-21 və əsas millilərinin uğurları üçün çalışıb.