Türkiyədə Fanat.az-ın təklifi müzakirə olunacaq - VİDEO
Azərbaycan və Türkiyə arasında əlaqələrin möhkəmlənməsindən yararlanaraq AFFA TFF ilə razılığa gələ, "yabancı" statusunun aradan qaldırılmasına nail ola bilər.
Fanat.Az-ın təklifi "CBC Sport"da yayımlanan "Avrolu günlər" verilişində Gündüz Abbaszadə tərəfindən səsləndirilib.
Proqramın 18 iyun buraxılışının qonağı olan Türkiyənin tanınmış futbol şərhçisi, "TRT Spor" kanalının aparıcısı İbrahim Kırkayak azərbaycanlı həmkarları ilə bu məsələni müzakirə edib. Hətta Kırkayak bu təklifi "TRT Spor"un da efirində müzakirəyə çıxaracağına söz verib.
Röya
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.