"Zirə" klubundan ayrılan futbolçu Şəhriyar Rəhimovun yeni klubu bəlli olub.
Fanat.Az-ın məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi karyerasını "Səbail"də davam etdirəcək. "Dənizçilər" Rəhimovla 1 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Şəhriyar Rəhimov 2018 - 2020-ci illərdə də "Səbail"in formasını geyinib.