Mahir "Legiya"ya bir penalti qazandırdı, bir qol vurdu - VİDEO
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sının heyətində növbəti qolunu vurub.
Fanat.Az xəbər verir ki, 24 yaşlı hücumçu Rusiya "Krasnodar"ı ilə yoldaşlıq matçında fərqlənib. Emreli 39-cu dəqiqədə qapıçının səhvindən sonra hesabı açıb.
Bundan başqa Mahir komandasına bir penalti qazandırıb. Lakin Filip Mladenoviç penaltini qola çevirə bilməyib. Oyun 1:1 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, daha əvvəl "Bişofshofen"lə yoxlama oyunu "Legiya"nın 5:0 hesablı qələbəsi ilə başa çatıb. 60 dəqiqə meydanda olan Mahir Emreli 6-cı, 22-ci və 36-cı dəqiqələrdə fərqlənib.