2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçusu ilə müqaviləni yeniləyib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi Elvin Bədəlovla 2 illik anlaşma imzalanıb.
2019-cu ildən komandamızın şərəfini qoruyan Elvin Bədəlov ümümilikdə 45 oyunda meydana çıxıb. Elvin həmçinin Azərbaycanın U-16, U-17, U-18, U-19, U-21 və "A" millilərinin uğurları üçün çalışıb.
Klub Vurğun Hüseynov, Murad Xaçayev, Elvin Məmmədov, Vüqar Mustafayev, Aydın Bayramov, Eltun Turabov, Höccət Haqverdi və Tellur Mütəllimovla da yeni müqavilə imzalayıb.
Fanat.Az