"Keşlə" daha bir futbolçu ilə müqavilə bağlayıb.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi seneqallı vinger Omar Qudiabinin keçidini həll edib. 26 yaşlı oyunçu 1 illik sözləşməyə imza atıb.
Qeyd edək ki, Qudiabinin də son klubu Şimali Makedoniya "Pelister"i olub. O, son mövsümdə 31 oyuna çıxaraq 4 qol vurub və 7 məhsuldar ötürmə edib.
Onu da qeyd edək ki, "Keşlə" bu gün "Pelister"dən Aldair Netonu da transfer edib. Bakı klubu həmçinin "Neftçi"dən Rəhman Hacıyevi icarəyə götürüb və "Qəblə"dən ayrılan Merab Giqaurini heyətinə qatıb.