Millimizin hücumçusu Ramil Şeydayev "Sabah"ın yeni müqavilə təklifini qəbul etməyib.
Fanat.Az-ın məlumatına görə, 25 yaşlı hücumçu karyerasını daha səviyyəli çempionatda davam etdirməkdə qərarlıdır. Türkiyənin PTT liqasından aldığı çağırışa da isti yanaşmayan Ramil hazırda Rusiyanın iki elita təmsilçisi ilə danışıq aparır.
Qeyd edək ki, Şeydayev son mövsümdə Azərbaycan Premyer Liqasında keçirdiyi 6 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Atilla