Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Türkiyənin I Liqasında çıxış edən "Keçiörengücü" klubu ilə anlaşıb.
26 yaşlı yarımmüdafiəçi yeni komandaya keçidi ilə bağlı fikirlərini Fanat.Az-a bölüşüb.
"Yeni klubumu çox bəyəndim. Keçən il "Keşlə"nin Avropa Liqası oyunundan sonra "Keçiörengücü" klubundan təklif aldım. Ancaq qismət bu günə imiş. Həmin vaxt "Keşlə" ilə müqaviləm vardı. Zaur Axundovla çox yaxşı münasibətim var. O, qalmağımı istədiyi üçün qaldım".
Vüsal "Keçiörengücü"nün yeni mövsüm üçün hədəflərindən də danışıb: "Klubun məqsədi Superliqaya çıxmaqdır. Çox yaxşı komandadır. İnşallah, Superliqaya yüksələ bilməyimiz üçün mən də əlimdən gələni edəcəm".
Qeyd edək ki, Azərbaycan millisinin şərəfini qorumuş futbolçu 2019-cu ildən "Keşlə"də idi.
Röya