09:47 01.07.2021 669

“Futbolun İnkişafına dair 2005-2015 Dövlət Proqramı” necə icra olundu?

 

2005-2015-ci illərdə Azərbaycan Respublikasında Futbolun İnkişafına dair Dövlət Proqramına start verildi. Məqsəd dövlətin dəstəyi ilə Respublikada futbolun inkişafına nail olmaq, beynəlxalq arenalarda milli yığma komandalarımızın, klublarımızın Azərbaycan adının layiqincə təmsil etməsi idi. İnfrastrukturun qurulması, mütəxəssislərin yetişdirilməsi, uşaq futbolu, futbolun kütləviləşməsi də proqramda öz əksini tapmışdı.

Hədəfimiz yazımın I hissəsində qeyd etdiyim kimi, "Futbolun İnkişafına dair 2005-2015 Dövlət Proqramı”nın icrasında yol verilən nöqsanları, çatışmazlıqları gündəmə gətirmək, sözügedən proqramın II hissəsi olarsa, daha keyfiyyətli, uğurlu sonluğa nail olmaqdı.

Beləliklə...

AFFA-da rəhbər dəyişikliklərindən və əsasən də dövlət proqramının qəbulundan sonra ölkədə yeni-yeni imkanlı klublar yaradıldı. Komandalar əsasən bölgələri təmsil edirdi. İmkanlı sponsorların futbola gəlişi klubları dirçəltsə də, infrastruktur ürəkaçan deyildi. Müstəqillik illərindən 2005-ci ilə qədər cəmi bir yeni stadion - keçmiş "Şəfa" inşa edilmişdi. O da UEFA-nın vəsaiti hesabına... 

Çempionata marağın artdığı, azarkeşlərin stadionlara axışdığı bir vaxtda şərait yox dərəcəsində idi. Qısa vaxtda Yevlax, İmişli, Lənkəran, Zaqatala, Qəbələdə müasir tələblərə cavab verən stadionların, bazaların tikintisinə start verildi. Tovuz şəhər stadionu əsaslı təmir edildi, köhnə baza yeniləndi.

"Bakı" klubu paytaxtda bütün tələblərə cavab verən kompleks inşa etdirdi. AZAL üçün Şüvəlanda yeni stadion tikildi. 

Bu stadionların əksəriyyətinin açılışlarında ölkə başçısı İlham Əliyev şəxsən iştirak edib. Bu, Azərbaycanda futbola qayğının hansı səviyyədə olduğunun əyani göstəricisi idi.

Digər bölgələrimizdə insanlar bu işlərin davamını səbirsizliklə gözləyirdilər.

Çempionata maraq günü-gündən artırdı. "Neftçi" öz zamanında nüfuzu ilə seçilən "Birlik Kuboku"nu qazanır, düşmənləri meydandan qaçmağa məcbur edirdi. Davamını "Xəzər Lənkəran", sonra isə "İnter" gətirdi. "Karvan", "MKT-Araz" UEFA, İnertoto Kuboklarına vəsiqə qazanırdı. 

Bölgələrdə göz oxşayan yeni stadionların tribunaları hər tur azarkeşlərlə dolurdu. Stadionların, bazaların ərsəyə gəlməsi, eyni zamanda, yüzlərlə iş yerlərinin açılması demək idi. Klubları da bura əlavə etsək, minlərlə insanın yaşayış şəraiti, rifahı yaxşılaşırdı. Şübhəsiz, futbol həm də sosial layihədir və əhaliyə xidmət etməlidir.

Sən saydığını say, gör fələk nə sayır.

Dövlət proqramının qəbulundan qısa müddət sonra AFFA-da yenidən rəhbər dəyişikləri baş verdi. 

...Bəlli həqiqətdi ki, vitse-prezidentlər əvvəldən bu günə qədər "ofsayd” vəziyyətində olublar. Tarixən assosiasiyanın yükünü iki rəhbər daşıyıb, prezident və baş katib. İcraiyyə Komitəsi də geniş səlahiyyətlərə malik olmasına baxmayaraq çox vaxt formal xarakter daşıyıb. Elxan Məmmədovun AFFA-ya baş katib gətirilməsindən sonra federasiyanın strategiyası tam olaraq dəyişdi.


Mətləbdən uzaqlaşmadan diqqətinizə çatdlraq ki, struktur, klubların dağılması, uşaq futbolu ilə bağlı ayrıca yazılar təqdim ediləcək. İndi isə mövzu infastruktur, mövcud stadionların nə vəziyyətdə olmasıdır.


Qısa müddətdə AFFA ələ alınaraq stadionlar da "bizim-sizin" bölgüsünə məruz qaldı. Dövlət proqramının ümumi müddəaları şəxsi maraqların kölgəsində qaldı. Elə dövlətin ayırdığı vəsaitlə "stadion-baza biznesi”nə start verildi. Bölgələrdə inşa edilmiş və beynəlxalq tələblərə tam cavab verən stadionlar AFFA-nın diqqətindən kənarda qaldı. Başlar "Bayıl Arena", "Bakcell Arena", Mərdəkandakı stadion-bazaların inşası və dost-qohumların bu qurğulara yerləşdirilməsinə qarışdı.

Bölgələrdəki stadionlar baş katibin bir halda yadına düşürdü - əlaltısı Mikayıl Nərimanoğlunun Gəncə futboluna yerləşdirilməsindən sonra stadionun ot örtüyünün dəyişdirilməsi, biznes maraqları olanda. Təbii, ən qısa zamanda süni və təbii meydançaların dəyişdirilməsi monopoliyasına şəriksiz nəzarət Elxan Məmmədovun əlinə keçdi. 

Beləcə, futbolda dövlətin vəsaiti ilə dövlətin içində ayrıca dövlət quruldu.
 
Bu gün maraqlar üst-üstə düşmədiyi üçün 100 milyonlarla yatırım edilən İmişli, Zaqatala, Yevlax, Lənkəran, Şüvəlan stadionları "can verir", baxımsızlıqdan dağılır. "Bakı"nın bazasından heç danışmağa dəyməz. 

İrad tutula bilər ki, qeyd olunan stadionların çoxu şəxsidir və ya dövlət qurumlarının balansındadır. Yəni sözügedən tikililərin AFFA-ya heç bir aidiyyatı yoxdur.  

Cavabı budur ki, federasiyanın nəzdində olan stadionların da nə AFFA rəhbərliyinə, nə də Elxan Məmmədova heç bir bağlılığı yoxdur. Amma dövlətin vəsaiti ilə özləri üçün biznes sahəsi qurublar.  

Yuxarıda sadalanan stadionların sahibinin kimliyindən asılı olmayaraq futbola tam cavabdeh qurum kimi AFFA-dakı söz və səlahiyyət sahibləri mövcud problemləri dərhal aradan qaldırılmalı və uyğun qurumlara çatdırılmalı, bəlli rəzalətin qarşısını almalıdılar. 

Görün vəziyyət nə həddə çatıb ki, Azərbaycan futbolunun məbədi sayılan Tofiq Bəhramov adına stadion da artıq AFFA üçün özgələşib. Assosiasiyanın "stadion monopoliyası”na aid olmadığına görə. Dövlətin ərsəyə gətirdiyi BOS da AFFA-nın, birbaşa baş katibin nəzarəti altındadır və ən qısa zaman kəsiyində "toy məclisi stadionu" imici qazanıb. 

Hazırda bölgə stadionları ögey övladlar kimi baxımsızlıqdan dağılır, xərclənən milyonlar hədər gedir. 

Ümummilli lider Heydər Əliyevin adını daşıyan İmişli şəhər stadionuna münasibət budursa, diqqətsiz qalırsa, digər stadionlardan danışmağa dəyməz.

 

 

 

 İmışli stadionu

 


 

Lənkəran stadionu

 

  

"Bakı"nın bazası


Əli Sahib

 

 

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

09:00

Avropa Liqası: "Sabah" Sloveniya təmsilçisinə qarşı

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X