"Uyğunlaşma problemim yoxdur. Hələ ki, hər şey yaxşı keçir. İnşallah, belə davam etsə, yaxşı olar".
Bu sözləri Fanat.Az-a Türkiyənin "Keçiörengücü" klubuna tranfer olunan azərbaycanlı futbolçu Vüsal İsgəndərli yeni komandası ilə bağlı danışarkən deyib.
Birinci Liqa təmsilçisinin hazırlıq planından bəhs edən 26 yaşlı yarımmüdafiəçi sına matçında "Sumqayıt"a qarşı niyə oynamadığını da açıqlayıb: "Təlim-məşq toplanışın I mərhələsi başa çatıb. Hazırda Boluda II mərhələni keçirik. Hələ ki, yoldaşlıq oyunlarınız yoxdur. Səhv etmirəmsə, yoldaşlıq oyunlarımız hazırlıq planının III mərhələsində olacaq. Bir dəfə "Sumqayıt"la oynadıq. Həmin görüşdə də mən iştirak etmədim. Çünki həmin görüşdə əsas heyəti yox, ancaq yoxlanış üçün gələn və icarədən qayıdan futbolçuları oynatdılar".
Qeyd edək ki, millimizin üzvü Ankara təmilçisi ilə 3 illik müqaviləyə bağlayıb.
Röya