12:30 12.07.2021 983

“Forza Neftçi”nin rəhbəri: "Sevincimizin həddi-hüdudu yoxdur"

Klublarımızın avrokuboklarda keçirəcəkləri ev oyunların zamanı müvafiq stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər azarkeşin tribunalara buraxılması ilə bağlı AFFA tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanlanmış müraciət müsbət cavablandırılıb.

Beləliklə, Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində 14 iyulda "Bakcell Arena"da keçiriləcək "Neftçi - "Dinamo" (Tbilisi) oyunu azarkeşlər önündə keçiriləcək. 

Fanat.Az olaraq "Forza Neftçi" fan-klubunun rəhbəri Sübhan Əliyev ilə əlaqə saxladıq və oyuna hazırlıqla bağlı fikirlərini öyrəndik. 

- Uzun fasilədən sonra tribunalara geri dönürsünüz. Tribuna sizin üçün, siz isə tribunalar üçün darıxmısınız. Hisslərinizi bizimlə bölüşərsiniz?
- Tribunalara dönməyimiz böyük hadisədir. Səhər açılan kimi qrupumuzla görüşdük. Sevincimizin həddi-hüdudu yoxdur. Biz komandamızı televiziya qarşısında dəstəkləməmişik. Biz heç bir səddə baxmayaraq komandanın yanında olmağa çalışmışıq. Lakin pandemiya dövründə virusun yayılmamasına üçün olan qadağaya görə tribunadan ayrı qaldıq. "Neftçi" üçün alışıb-yanırıq. İnşallah ki, qarşıdakı oyunda qapının arxasında azarkeşliyimizi edib dəstəyimizi göstərəcəyik. Ümid edirik ki, klubumuz növbəti mərhələyə adlayacaq və "Olimpiakos"la da oyunda bizim payımıza düşən öhdəliyi yerinə yetirəcəyik.

- "Neftçi" azarkeşləri öz performansları ilə həmişə seçilib. Qarşıdakı oyuna hansısa yeni şüar və ya pankart hazırlamısınız?
- Şüar əlbəttə ki, var. Oyunda bunu eşidəcəksiniz. Pankarta gəlincə isə, deyim ki, Operativ Qərargahın qərarı anidən oldu deyənə hazırlaşmaq üçün vaxt məhdudiyyəti oldu. Növbəti mərhələ üçün əlbəttə ki, olacaq.

- Daha maraqlı və irimiqyaslı olsun deyə hansısa digər fan-klubla əməkdaşlığınız olacaq? 
- "Neftçi" tribunası sağlam bir tribunadır. Sağ olsunlar, həmişə yanımızda olan, dəstəyini əsirgəməyyən insanlar var. Amma xüsusi bir əməkdaşlıq təklifimiz yoxdur. Dəstəyə ehtiyac duymuruq, özümüz hər nə lazımsa edəcəyik.

- Azarkeşlərin meydana qayıtması ilə bağlı klub rəhbərliyi ilə görüşünüz olubmu? Olubsa, nələr müzakirə edilib? 
- Xeyr, klub rəhbərliyi ilə görüşümüz olmayıb. Lakin onlarla mütəmadi olaraq telefonla əlaqə saxlayıb, bilet satışlarını və buna bənzər məsələləri müzakirə edirik. Onlar bizimlə görüşə həmişə açıqdırlar. Zərurət yaranarsa, görüş təşkil edəcəyik. 

- "Dinamo" (Tbilisi) ilə səfər oyununa neçə azarkeş yollanmışdı?
- Səfər oyununa 10 azarkeş yollanmışdı. 6 nəfər qrup üzvümüz Gürcüstana getmişdi. 4 nəfər isə digər ölkələrdən gəlmişdi.

Emin Şəmsiyev
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

09:00

Avropa Liqası: "Sabah" Sloveniya təmsilçisinə qarşı

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

Facebookdan bizi izləməyi unutmayın.
X