FIFA referisi Elçin Məsiyev beynəlxlq oyuna təyinat alıb.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA Konfrans Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 15-də Moldovanın paytaxtı Kişinyovda keçiriləcək "Petroklub” (Moldova) – "Sileks” (Şimali Makedoniya) qarşılaşmasının baş hakimi Elçin Məsiyev olacaq.
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Qarşılaşmada 4-cü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol