AFFA-nın binasının üzlüyü yenilənir.
Fanat.az xəbər verir ki, "8 Noyabr” prospektində yerləşən inzibati binanın üz örtüyünün dəyişdirilməsinə start verilib. Artıq dəmir-konstruksiyanın quraşdırılmasına başlanılıb.
Qeyd edək ki, bir müddət əvvəl AFFA-nın Futbol Akademiyasında da təmir işləri görülürdü. Göründüyü kimi, akademiyanın binasında təmir işləri başa çatdırıldıqdan sonra növbə əsas binaya çatıb. Məsələ burasındadır ki, bu ilin əvvəlində yalnız akademiyanın təmiri üçün tender elan olunmuş, əsas binanın üz örtüyünün dəyişdirilməsi nəzərdə tutulmurdu.
Onu da əlavə edək ki, AFFA-nın inzibati binasının rəsmi açılışı 2007-ci il oktyabrın 17-də olub və 14 ildir eyni görkəmdə qalıb.
Mirağa

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol