"Neftçi" heyətinə Fransadan futbolçu qatır.
Fanat.Az xəbər verir ki, bu barədə Fransanın məşhur "L Equipe" nəşri məlumat yayıb.
Belə ki, "Neftçi" "Havr" klubunun yarımmüdafiəçisi Roman Baskı transfer edir. Artıq fransalı oyunçu ilə razılıq əldə edən "ağ-qaralar" onunla 2 illik müqavilə imzalayacaq. Paytaxt təmsilçisi bu keçid üçün qarşı tərəfə təzminat ödəyəcək.
Qeyd edək ki, 26 yaşlı futbolçu daha əvvəl ölkəsində "Keviyi Ruan" klubunun da formasını geyinib. O, son mövsümdə "Havr"ın heyətində 35 oyuna çıxaraq 3 qol vurub və 1 məhsuldar ötürmə edib. "Transfermarkt" ona 800 min avro qiymət qoyub.
Pərvin