Tbilisi "Dinamo”su ilə oyuna bilet qalmayıb.
Fanat.Az klubun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, artıq bütün biletlər satılıb. Bu üzdən klub bilet satışının dayandırıldığına dair məlumat yayıb.
Qeyd edək ki, "Neftçi” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində bu gün saat 21:00-da "Bakcell Arena”da keçiriləcək oyun üçün 4000-ə yaxın bilet satışa çıxarmışdı.