"Sumqayıt"ın Ankara toplanışında 11 gün arxada qalıb.
Fanat.Az klubun mətbuat xidmətinə xəbər verir ki, "kimyaçılar” hazırlığın növbəti günündə müxtəlif taktiki və fiziki çalışmalar üzərində işləyib.
Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən "Sumqayıt" bu gün qonşu ölkədə növbəti yoxlama oyununu keçirəcək.
Ayxan Abbasovun komandası "Qaziantep" ilə qarşılaşacaq. "Boluspor"un təsislərində keçiriləcək matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.