Bu gün "Qarabağ" Avstriya toplanışı çərçivəsində sonuncu - üçüncü sınaq matçına çıxıb.
Fanat.Az xəbər verir ki, Qurban Qurbanovun komandası Almaniyanın elita təmsilçisi "Auqsburq"la qarşılaşıb.
Oyun 2:2 hesablı bərabərliklə bitib. "Qarabağ" ilk yarıda 2 qol vursa da, üstünlüyünü qoruya bilməyib. Bundesliqa klubu ilə matçda "köhlən atlar"ın qollarına Patrik Andrade (26-cı dəqiqə) və Xayme Romero (29) imza atıb.
Qeyd edək ki, ağdamlılar hazırlığın Bakı bölümündə keçirdiyi oyunlarda "Keşlə"ni 7:0, "Sumqayıt"ı 3:1 hesabıyla üstələmişdi. Avstriyada isə "köhlən atlar" Bolqarıstan MOİK-ini yenmiş (1:0), Rusiya "Arsenal"ına uduzmuşdu - 0:1.
Nihat