19:33 21.07.2021 889

Tahir Süleymanov: "Gəncə stadionu onun adını daşımağı haqq edir"

Azərbaycan futbol veteranı, "Kəpəz” klubunun sabiq futbolçusu və baş məşqçisi Müzəffər Qasımov vəfat edib.

"Neftçi" klubunun keçmiş vitse-prezidenti, sabiq FİFA referisi Tahir Süleymanov mərhum ilə bağlı xatirələrini bölüşüb. 

Fanat.Az Süleymanovun "Facebook" səhifəsi üzərindən paylaşdığı fikirləri təqdim edirik: 

"Elə dövrə yaxınlaşmışıq ki, zaman yetişib, Azərbaycan futbolu öz həqiqi qaymaqlarını itirir, günü-gündən cılızlaşır. Bir vaxtlar "Spartak", "Dinamo" K, ÇSKA, "Şaxtyor", "Zenit" kimi komandaları qəbul edən Gəncə böyük futbolla nəfəs alırdı. İndi süni yaradılmış komandaların ikinci heyətləri ilə "mübarizə" aparmaq məcburiyyətində qalıb...

Müzəffər Qasımov Tovuzda dünyaya göz açmışdı. Gəncə-Tovuz bölgəsinə 50 faizlik şərait yaradılsın, 150 faizlik futbolçu yetişəcək, üzə çıxacaq. Müzəffər müəllim Gəncə/Azərbaycan futbolunun əvəzolunmaz simalarından idi. Nadir ustalardan idi ki, 15 ildən artıq öz karyerasını bir kluba həsr etmişdi.
O dövrlər zamanımızdakı kimi texniki-tərəqqi indiki kimi inkişaf etməmişdi. İnternetin nə olduğu bilinmirdi. Futbolçular özlərini reklam da etmirdi, onlar azarkeşlərin, xalqın həqiqi sevimliləri idi. Təəssüf ki, ağ-qara rəngli tarixi oyunların videoarxivləri belə saxlanılmayıb.

Gəncədə, dolu tribunalar önündə Müzəffər Qasımovun liderliyi ilə "Dinamo" Kirovabad "Ararat"ı məğlub yola salırdı. Hamısı da Azərbaycan futbol məktəbinin yetirmələri...
 


Müzəffər müəllim lider olduğu qədər də sadə, eyni zamanda özünə dəyər verən, sakit təbiətli futbol şəxsiyyətlərimizdən idi. Böyük futbol səviyyəsinin nə olduğunu ruhu ilə bilən, yaşıl meydanlarda heç bir nəhəng klublardan çəkinməyən, onlara qarşı başa-baş futbol oynamış biri kimi, günümüzün futbolunu görüb ürəyi dözmürdü...

Müzəffər müəllim özünü gözə soxan, nələrəsə görə özünü əyən də deyildi. Heç vaxt şəxsiyyətinə sığışdırmazdı. Ona görə də layiq olduğu diqqətdən, mükafatlardan, adlardan, ordenlərdən kənar qalırdı. Heç bunları ruhən istəmirdi də, istədiyi Azərbaycan futbolunu yüksəklərdə görməsi idi.
Dəfələrlə oyunlarımızda inspektorluq edib, öz böyüklüyünü, ruhunu bizlərə ötürüb. Bütün Azərbaycan futbolunun mənəvi olaraq Müzəffər Qasımov istedadına necə yüksək münasibət göstərdiyi bu gün də gözümüzün önündədir. Layiq idi!

Azərbaycan futbolunda, Gəncə/Tovuzda Müzəffər Qasımovun adı əbədiləşdirilməlidir. 
Usta futbolçumuzun adına futbol məktəbləri açılmalı, Gəncə stadionu onun adını daşımağı haqq edir. Bu gün milliləşdirilən ozobiçlərin oynadıqları futbol Müzəffər Qasımovun meydanda göstərdiyi ustalığın heç kölgəsi də deyil!

Gec də olsa dəyər verək. Ən üst səviyyələrdə dəyər verilsin, verilsin ki, gələcək nəsillərin özünə inamı qayıtsın. Qayıtsın ki, yaxın gələcəkdə yenidən Tovuz/Gəncə və digər bölgələrimizdə yeni-yeni Müzəffər Qasımov səviyyəsində futbolçular yetişsin...
Ruhun şad olsun, ustad!
Allah rəhmət eləsin!"
 
Qeyd edək ki, veteran futbolçu "Kəpəz”in 1968-ci ildə "Dinamo” adı altında SSRİ çempionatının güclülər dəstəsində oynamasında ən böyük pay sahiblərindən biri olub.

Röya
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
21:15

"Liverpul"un sabiq futbolçusu yenidən İngiltərədə

20:45

"Arsenal"ın ulduzu "Fənərbağça" yolunda

20:05

UEFA Konfrans Liqası: “Zirə” - "Hayduk” matçının hakimləri məlum olub

19:17

"Sabah"ın "Sele" ilə cavab oyunu üçün planları bilindi - AÇIQLAMA

19:05

"Qarabağ" Niderland təmsilçisi "Tvente"ni məğlub edib

18:44

"Araz-Naxçıvan"ın rəqibi milli üzvü ilə gücləndi - RƏSMİ

18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

Facebookdan bizi izləməyi unutmayın.
X