FİFA referisi Rauf Cabbarov UEFA Konfrans Liqası çərçivəsində ikinci təsnifat mərhələsinin "Teuta” (Albaniya) – "İnter Eskaldes” (Andorra) oyununu idarə edib.
Fanat.Az xəbər verir ki, 35 yaşlı referi qonaq komandanın 2:0 hesablı qələbəsinə şahidlik edib. Andorra təmsilçisi hər hissədə bir qol vurub. Hər iki qol oyun vəziyyətindən qeydə alınıb. Həmyerlimiz matçda 8 vərəqədən istifadə edib ki, o, hər iki komandanın 4 üzvünə xəbərdarlıq edib.
Qeyd edək ki, Durres şəhərindəki oyunda Rauf Cabbarova laysmanlar Namiq Hüseynov və Cavanşir Yusifov, 4-cü hakim kimi isə Rəşad Əhmədov yardım edib. Ədalət təmsilçilərimizin işinə Yunanıstandan olan hakim-inspektor Georgios Bikos qiymət verəcək.
Mirağa