Növbəti mövsümə hazırlaşan "Səbail” bu gün Gürcüstana təlim-məşq toplanışına gedir.
Fanat.Az xəbər verir ki, Bayıl təmsilçisi qonşu ölkədə 3 yoxlama görüşü keçirəcək.
Artıq oyun günləri və rəqiblərin adları dəqiqləşib. Aftandil Hacıyevin baş məşqçisi olduğu komanda iyulun 25-də "Şevardeni” ilə gücünü sınayacaq. Növbəti oyun ayın 29-na planlaşdırılıb. Növbəti rəqib Tbilisi "Lokomotiv”i olacaq. "Dənizçilər” qonşu ölkədəki hazırlığı avqustun 1-də "Saburtalo” ilə oyunla yekunlaşdıracaq.
Xatırladaq ki, "Sabah" da Gürcüstanda təlim-məşq toplanışındadır.
Mirağa