Azərbaycan Premyer Liqasında 2021/2022-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
Fanat.Az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, mərasim 30 iyul tarixində AFFA-nın inzibati binasında baş tutacaq.
Saat 14:00-da başlanacaq və pandemiya qaydalarına riayət olunmaqla keçiriləcək tədbirə klub və KİV nümayəndələri dəvətlidir.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü 14 avqustda start götürəcək.