"Qarabağ"ın rəsmi "Facebook" səhifəsi maraqlı paylaşım edib.
Fanat.Az xəbər verir ki, klub "ONun ÜÇün geri sayım" statusu yazaraq yeni transferin anonsunu elan edib.
Fərqləndirilərən hərflərdən bəlli olur ki, yeni futbolçunun nömrəsi "13" olacaq.
Xatırlayırsınızsa, dünən "Qarabağ"ın millimizin müdafiəçisi Bəhlül Mustafazadə ilə anlaşma əldə etdiyi barədə
xəbər yayımlamışdıq.
Düzdür, Bəhlul sabiq klubu "Sabah"da 4 nömrə altında çıxış edib, ancaq "Qarabağ"da "4" nömrə Rahil Məmmədova məxsus olduğu üçün, çox güman Mustafazadəyə bu səbəbdən "13" verilib.
Bu rəqəm Bəhlula heç də yad deyil. Belə ki, 24 yaşlı müdafiəçi "Sumqayıt"da "13" nömrəli formanı geyinib.
Röya