"Yığmanın toplanışına qədər 2 turun keçirilməsi nəzərdə tutulub”.
Fanat.Az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) Texniki İdman şöbəsinin müdiri Elgiz Abbasov deyib.
Bu gün Azərbaycan Premyer Liqasının 2021/22 mövsümü ilə bağlı keçirilən püşkatma mərasimində çıxış edən Abbasov bildirb ki, Azərbaycan yığmasının baş məşqçisi Canni de Byazi ilə bununla bağlı görüş olub: "Yığmamız sentyabrda rəsmi oyunlar keçirəcək. Biz ona qədər 3 tur təşkil etməyi nəzərdə tuturduq. Ancaq milli ilə yanaşı, klublarımızın avrokuboklardakı çıxışları da var. Bu da təqvimin daha sıxlaşmasına yol açardı. Bunu nəzərə alıb, yığmanın toplanışına qədər 2 turun keçirilməsi qərara alındı”.
Qeyd edək ki, II turun matçlarının avqustun 21-22-də keçirilməsi nəzərdə tutulub.
Mirağa