21:09 31.07.2021 319

Üz ağardan və qan qaraldan komandalarımız - İlqar Tağıyevin yazısı

Qeyri-adi nəsə baş vermədi. Avropa səhnəsində Azərbaycanı təmsil edən 4 komandamızdan gözlənildiyi kimi yalnız "Qarabağ" üzümüzü ağ elədi. "Neftçi", "Sumqayıt" və "Keşlə" isə məğlub oldu. Yenə də gözlənildiyi kimi...

Onlardan yalnız Çempionlar Liqasında mübarizə aparan "Neftçi" Avropa Liqasında yola davam edir. Digər 2 klubumuz isə çempionata hazırlaşa bilər. Qan qaraldan "trio"dan hansı mərhələ adlaya bilərdi? Bunun üçün nə çatmadı? "Neftçi"dən başlayaq.

2-ci təsnifat mərhələsində "Olimpiakos"un rəqib olacağı bilinəndə əksəriyyət Yunanıstan təmsilçisinin güclü, daha təcrübəli olduğunu əsas gətirərək, "Neftçi"nin mərhələ keçə bilməyəcəyini söyləyirdi. Əslində, "Olimpiakos" nə qədər güclü və təcrübəli olsa da, keçilməz deyildi. Bunu Yunanıstandakı ilk oyun da göstərdi. Səfərdə oynamasına baxmayaraq, "Neftçi" pis oyun sərgiləmədi. Bir neçə dəfə qol vurmaq imkanı da oldu. Üstəlik, oyunun gedişində rəqibin 10 nəfərlə qalması "Neftçi"yə əlavə üstünlük qazandırmışdı ki, fürsətdən  istifadə etmək əvəzinə Mərt Çelikin timsalında meydandakı futbolçuların sayını bərabərləşdi. Cavab oyununda "Neftçi" yalnız qalib gəlməli idi. Amma, bu, baş vermədi. Hansı səbəb(lər)dən?

Birincisi, ilk matçda qırmızı vərəqə alan Mərt Çelik və zədələnən Namik Ələsgərovun yoxluğu öz sözünü dedi. Bakıdakı oyun göstərdi ki, Namik komandanın liderlərindən biridir və onu əvəzləyəcək eyni səviyyədə futbolçu yoxdur. Mərtin yerinə start heyətində meydana çıxan Ömər Buludov isə son vaxtlar "artırsa" da, "Olimpiakos" kimi komandalarla oyun üçün "bişmədiyi" göründü. Məhz (ardınca stopperlərin) onun səhvindən sonra komandamız qapısında qol gördü. Arqument gətirmək olar ki, "Olimpiakos" da Bakıya ciddi itkilərlə gəlmişdi. Yunanların nə az, nə çox, 9 futbolçusu müxtəlif səbəblərdən cavab qarşılaşmasını buraxırdı . Amma səviyyə başqa şeydir! "Olimpiakos"da "doqquzluğ"u əvəzləyən futbolçular var idi. Bizdə isə...

İkincisi, hücumçu problemidir. Hansıki "Neftçi" bu problemi artıq 2 mövsümə yaxındır ki, həll edə bilmir. Klub rəhbərliyinin ötən mövsüm transfer etdiyi konqolu Prins İbaranın, bolqar Ahmed Ahmedovun "Neftçi"yə layiq futbolçu olmadığı zamanla sübut olundu. Əzab-əziyyətlə qazanılmış çempionluqdan sonra gözləmək olardı ki, Çempionlar Liqası öncəsi rəhbərlik komandaya heç olmasa normal bir hücumçu alacaq. Məgər baş məşqçi Samir Abasov səviyyəli futbolçu istəmir? Amma rəhbərliyin etdiyi yanlış transferlər, itirilmiş pulların fonunda bunu görmədik.
 

 
Üçüncüsü, dördüncüsü... Axtarsaq, səbəblər çoxdur. Hər halda məğlubiyyət keçmişdə qaldı. "Neftçi" Avropa Liqasında mübarizəni davam etdirir. Komandamızın rəqibi Finlandiyanın HİK komandasıdır. Rəqib "dişimizə görədir". "Neftçi" finləri keçəcəyi təqdirdə pley-off mərhələsinə vəsiqə qazanacaq. Bu isə o deməkdir ki, komanda həm də Konfrans Liqasının qrup mərhələsini təmin edəcək. Yeri gəlmişkən, HİK-lə ilk oyun avqustun 3-də Bakıda - "Bakcell Arena"da baş tutacaq. Cavab qarşılaşması isə avqustun 12-də keçiriləcək.

Ötən mövsüm tarixində avrokuboklara ilk dəfə vəsiqə qazanan "Sumqayıt" o vaxt tək oyunda Makedoniyanın "Şkendiya"sına evdə 0:2 hesabı ilə məğlub olmuşdu. Keçən il bu oyun öncəsi komandadakı çətinliklər, əsas da heyətlə və maliyyə ilə bağlı problemlər dolayısı ilə komandamızın mərhələ adlamasına əngəl törətmişdi. Təəssüf ki, bu il də həmin səhvlər düzəlmədi. "Çukariçki" (Serbiya) ilə Sumqayıtdakı cavab oyununda 0:2 hesablı məğlubiyyət sübut etdi ki, səfərdə qeydə alınan qolsuz bərabərlik sensasiyadan başqa bir şey deyilmiş. Baş məşqçi Ayxan Abbasov əlindəki kadrlarla nə edə bilərdi ki? Rəhbərlik... əgər avrokuboklara düşmək uğurdursa və bununla kifayətlənirsinizsə, deməyə sözümüz yoxdur. Avrokuboklarda uğur qazanmaq üçünsə daha böyük işlər görülməlidir.

"Keşlə"yə gəlincə, ciddi maliyyə problemləri, sıradan transferlər, istəlilən hazırlıq prosesinin olmaması, komandadaxili ab-hava (məsələn, baş məşqçi Sənan Qurbanovun köməkçisi Azər Bağırovun komandadan problemlə ayrılması - red.) və s. "Keşlə"nin məğlubiyyətini qaçılmaz edirdi. Qəsəbə təmsilçisinin mərhələ adlamaq arzusu ilk oyunda "dəfn olunmuşdu". "Soçi"yə 0:3 hesabı ilə məğlub olan "Keşlə" Bakıda faktiki formal xarakter daşıyan oyunda da heç nə edə bilmədi - 2:4.

Ümumiyyətlə, hazırda əksər klublarımızda maliyyə vəziyyəti, idarəetmə bərbad vəziyyətdədir. Bu klublardan biri, bəlkə də birincisi "Keşlə"dir. Səhv təyinatlar, yanlış idarəetmə, istər kluba, istərsə də akademiyayaya cavabdeh şəxslərin "yolavermə" siyasəti, bir sözlə, futbolun inkişafını əngəlləyən bütün hallara "Keşlə"də rast gəlmək mümkündür. Bu, başqa söhbətin mövzusudur, yaxınlarda ətraflı yazacağıq. İndi isə "Qarabağ"a keçək. Avropada üzümüzü ağ edən "Qarabağ"a.

 

Çempionatın son turunda, son dəqiqələrdə ənənəvi çempionluğu əldən verən "Qarabağ" bu mövsüm öyrəşdiyimiz kimi Çempionlar Liqasında deyil, Konfrans Liqasında mübarizə aparır. İsrailin "Aşdod" komandası ilə Bakıdakı ilk oyunda hesabın açılmaması bəzilərinin "Qarabağ"ı vaxtından əvvəl siyahıdan silməsinə əsas verirdi. Yaxşı ki, bu, baş vermədi. Heyətdəki çatışmazlıqlara rəğmən avrokubok təcrübəsi və  peşəkarlıq komandamızın mərhələ adlamasına kömək etdi. "Qarabağ" Konfrans Liqasının qrup mərhələsinə düşmək üçün daha bir neçə çətin addım  atmalıdır. Növbəti rəqib Kipr təmsilçisi AEL-di. "Qarabağ" ilk oyunu avqustun 5-də səfərdə keçirəcək. Cavab qarşılaşması isə 1 həftə sonra Bakıda baş tutacaq.

"Aşdod"la müqayisədə AEL nisbətən çətin rəqibdir. Üstəlik, bayaq qeyd etdiyimiz kimi "Qarabağ"da heyət sarıdan ciddi problemlər var. Əsas da müdafiədə. Bədavi Hüseynovun uzun müddətə sıradan çıxması, Rahil Məmmədovun zədələnməsi, Maksim Medvedevin cəzalı durumda olması... Görün işin harasıdır ki, "Aşdod"la İsraildəki oyunda zədələnərək oyunu yarımçıq tərk edən Rahilin yerinə bəstəboy Qara Qarayev stopper mövqeyində oynamalı oldu.  Təbii ki, bütün bunlar Qurban Qurbanovu qayğılandırmaya bilməz. İnanırıq ki, "Qarabağ" əvvəl AEL, daha sonra digər sədləri keçəcək. Bizə isə "Üzün ağ olsun, "Qarabağ!" demək qalacaq!
 
İlqar Tağıyev, 525-ci qəzet
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 Oktyabr 2021
17:42

"Sumqayıt" üstünlüyünü əldən verdi, "Sabah" - "Qarabağ": heyətlər açıqlandı - YENİLƏNİR

17:20

"Qarabağ"ın sabiq hücumçusu Vüsalı məyus etdi

17:00

A Seriyası: Mərkəzi görüş bu gün

15:28

Bir günə iki oyun keçirdi, het-trik etdi - FOTOLAR 

15:25

Parisdə çempion olan Balabəy: "Qızıl" təsəvvür etməmişdim"

14:08

Qapıçı buraxılan qola görə komanda yoldaşını döydü - FOTO

14:00

Ronaldu qəzəbləndi

13:24

"Liverpul"dan səfərdə qol yağışı - VİDEO

13:11

Futbol dünyasının ən məşhur cütlüyü ayrıldı - ŞOK SƏBƏB

12:13

"Salah Messiyə çevrilir" - Lineker

11:55

"Nyukasl" nə qədər xərcləyə biləcək? - MƏBLƏĞ

11:36

Mahir Emreliyə böyük maraq: Avropa klubları oyununu izləməyə gedir - SİYAHI

11:08

"Xan Lənkəran" ilk səfər matçından qalib döndü

10:31

"Böyük Dəbilqə": Daha üç cüdoçumuz mübarizə aparacaq

08:00

Konfrans Liqası: "Kayrat" Bakıya qalib gəlir

01:55

Liqa 1: "Lion" "Monako"nu yendi

01:41

La Liqa: IX tur start götürdü

00:04

Nazir Fransada çempion olan cüdoçumuzu təbrik etdi

16 Oktyabr 2021
23:37

Almaniya Bundesliqası: "Borussiya" və "Herta"dan qələbə

23:04

Türkiyə Superliqası: IX turun oyunları davam edir

22:18

İPL: "Liverpul"dan darmadağın, "Mançester Yunayted" uduzdu

22:13

“Qarabağ” – “Kayrat”: Biletlər satışa çıxarılır

22:07

Qəbələdə qalib müəyyənləşmədi - VİDEO

21:48

Avropa Kuboku: Cüdoçularımız medal qazana bilmədi

21:10

"Böyük Dəbilqə": Millimizdən "qızıl" və "bürünc"

21:03

"Mançester Yunayted" "Lester"ə məğlub oldu - VİDEO

20:53

Rəşad Sadıqov: "Bunlar qəti şəkildə xoşlamadığım şeylərdir"

20:08

"İnsidenti qabartmağa ehtiyac yoxdur" - Elmar Baxşıyev

19:32

Aftandil Hacıyevdən yenilgiyə şərh: "İşimiz getdikcə çətinləşəcək"

19:02

Yunan futbolçunu Qəbələdə vurdular 

19:00

Sənan Qurbanov: "Məğlubiyyətlər komandada xarakter formalaşdırdı"

18:41

Qəbələdə sülh, “Keşlə”dən qələbə - YENİLƏNDİ

18:27

"Keşlə" daha bir sabiq oyunçusunu qaytardı

17:40

Kamran Ağayev "CBC Sport"un mikrafonunu çıxartdı - OYUNDANKƏNAR

17:30

"Keşlə" "Səbail"ə qalib gəldi - VİDEO

17:00

Ronaldudan sevgilisinə 105 minlik hədiyyə - FOTO

16:47

Sadio Mane Premyer Liqanın tarixinə düşdü

16:22

İbrahimoviç bu gün meydana çıxa bilər

15:56

Makqreqor Mourinyuya viski içirtdi - FOTOLAR

15:30

19 şahmatçımız Avropa birinciliyinə qələbə ilə start verdi

Facebookdan bizi izləməyi unutmayın.