"HİK fiziki cəhətdən çox hazırlıqlı, güclü komandadır".
Fanat.Az saytının məlumatına görə, bu fikirləri "Neftçi”nin kapitanı Emin Mahmudov Avropa Liqasının III təsnifat mərhələsində Finlandiya klubu HİK-lə oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.
29 yaşlı yarımmüdafiəçi sabahkı qarşılaşmaya hazır olduqlarını bildirib: "Rəqib hər nə qədər hazırlıqlı olsa da, nəzərə alaq ki, öz meydanımızda oynayacağıq. Baş məşqçinin tapşırıqlarını sabah yerinə yetirməyə və qələbə qazanmağa çalışacağıq".
Qeyd edək ki, sabah "Bakcell Arena”da keçiriləcək "Neftçi” – HİK oyunu saat 21:00-da başlayacaq.
Mirağa