Ötən gecə avrokubokların III təsnifat mərhələsi çərçivəsində keçirilən oyunlardan sonra UEFA reytinqi yenilənib.
Fanat.Az xəbər verir ki, siyahıda yerdəyişmə baş verib.
Azərbaycan bu həftə "Neftçi" və "Qarabağ"ın heç-heçələri ilə 0,250 xal (hərəyə 0,125) qazansa da, bu, mövqeyimizi qorumağa kifayət etməyib. Aktivini 14,000-ə çatdıran Polşa 29-cu yerə qalxaraq Azərbaycanı 30-cu pilləyə endirib. Bununla cari mövsümün geriləməsi ikiyə çatıb. Daha əvvəl Sloveniya da bizi keçmişdi. 31-ci olan Slovakiya ilə fərqin 0,250 olması isə növbəti təhlükədir.
Qeyd edək ki, klublarımızın cari mövsümkü qazancı 1,250-ə bərabərdir. Bunun 0,625-i "Neftçi”nin, 0,500-ü "Qarabağ”ın, 0,125-i "Sumqayıt”ın payına düşür. Son 5 mövsümün nəticələrinə əsasən Azərbaycanın reytinq xalı 13,875-ə çatıb.
Qeyd edək ki, cədvələ 87,926 xalla İngiltərə başçılıq edir.
Mirağa