Premyer Liqa və I Divizion oyunlarına təyinat alan AFFA nümayəndələri və hakim-inspektorlar üçün seminar-məşğələ keçirilib.
Fanat.Az xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunan seminarda qaydalardakı (Əsasnamə və ya Oyun Qaydaları) dəyişikliklər, təlimatlardakı əlavələr barədə məlumat verilib.
Videoçarxların nümayiş olunduğu seminarda AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Stuxlik sualları cavablandırıb.