14:01 11.08.2021 924

“Dostluq və ya müdaxilə ilə təyinat olmur” - Frits Stuxlik

AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Stuxliklə geniş müsahibə planlaşdırsaq da, istəyimizi dünən, həm də qismən reallaşdıra bildik. AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindəki həmkarlarımızın yardımı ilə Bakını tərk etməkdə olan avstriyalıya suallarımızın bir qismini ünvanlaya bildik. Sabah UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Bazel” (İsveçrə) – "Uypeşt” (Macarıstan) oyununun hakim-inspektoru olacaq Stuxliklə növbəti görüşümüzdə cavabını gözləyən sualları da ünvanlamağa çalışacağıq. 

Komitə sədri hakimləri yeni mövsümə hazır sayır: "İyulun əvvəlində komandalar kimi, biz də fiziki hazırlığa başladıq. Bu arada bir neçə iclas da keçirdik. Bundan başqa, hakimlər bir neçə yoxlama oyununda iştirak etdi, FİFA referiləri rəsmi təyinatlar aldı. Düşünürəm ki, bu da müəyyən təcrübə oldu”. 

Stuxlik avrokubok yarışlarında üçüncü təsnifat mərhələsinin başa çatmaq üzrə olmasına rəğmən, FİFA hakimlərimizin cəmi 3 təyinat almasını belə əsaslandırdı: "Oyunların sayı hakimlərimizin kateqoriyalarına uyğundur. Rauf Cabbarov və Elçin Məsiyev 3-cü kateqoriyada olduqlarına görə onlar gözlənilən qədər oyun aldılar. Əliyar Ağayev bu həftə bir oyun idarə edib. Onun üçün yaxın günlərdə daha bir təyinat gözləyirik. Səviyyə baxımından başqa ölkələrlə eyni ola bilərik, amma beynəlxalq dərəcəli hakimlərin ümumi sayını nəzərə alsaq (məsələn, İspaniyada 10 FIFA referisi var), avtomatik olaraq daha çox oyun alacaqlar”. 

Frits Stuxlik komitə sədri təyin olunanda hamı düşünürdü ki, onun UEFA ilə münasibətləri Əliyar Ağayevin daha sanballı təyinat almasına, irəliləməsinə şərait yaradacaq. Ancaq hələki bu baş vermir. Avstriyalının fikrincə, istedadlı FİFA referisinin karyerasındakı durğunluq obyektiv səbəbdəndir: "Əvvəla, dostluq və ya müdaxilə ilə təyinat olmur. Bu, hakimlərin performansına əsasən baş verir. Təəssüf ki, "Covid-19” pandemiyası Azərbaycan vətəndaşları üçün səyahət məhdudiyyətlərinə səbəb oldu. Nəticədə Əliyar da 2020-ci ilin mart ayından dayandı”. 

Avstriyalı komitə sədrindən sələfi Xaqani Məmmədovun ittihamlarına da reaksiya öyrənməyə çalışdıq. Ancaq o "Stuxlik hakimliyi məhv edib, hakimlərimiz inkişaf etmir, yerində sayır” ittihamını qarşılıqsız qoydu və qısaca bunları dedi: "Bu mövzuda heç bir şərh verməyəcəyəm. Mövcud vəziyyət və hakimlərin inkişafı haqqında hər kəsin fərdi və fərqli fikri ola bilər”.

Sonda müsahibənin təşkilində köməyə görə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullaya minnətdarlığımızı bildiririk.

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 İyun 2025
01:00

Klublararası dünya çempionatı: Messi "İnter Mayami"yə qələbə qazandırdı

19 İyun 2025
23:54

Azərbaycan gimnastı dünya çempionatında finala yüksəldi

23:28

"Palmeyras" "Əl Əhli"ni məğlub etdi

23:05

"Yuventus" bunu 22 il sonra bacardı

22:09

Azərbaycan yığması dünya çempionatını 3 medalla başa vurdu

21:50

"Araz-Naxçıvan"ın rəqibi "Gent"in oyunçusunu transfer etdi

21:20

"Yuventus"un futbolçusu Trampla görüşündən danışdı - "Başqa seçimim yox idi"

20:49

Millimiz Moldova yığmasına qalib gəldi

20:16

Azərbaycan millisi "Airom Cup"-a inamlı qələbə ilə başladı

19:51

Ukrayna futbolunun əfsanəsi insult keçirdi

19:18

"Barselona" 7 futbolçusunu satmağa qərar verdi - ADLAR

18:55

"Sabah"ın rəqibi bombardirini satdı

18:20

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:48

"Sabah": 3 oyun, 3 darmadağın

17:30

Azərbaycan cüdoçusu "bürünc" uğrunda yarışacaq

17:11

AFFA-dan "Şamaxı"nın məşqçisi ilə bağlı yeni qərar

16:53

"Səhv etməyə haqqımız yoxdur" - Qattuzo milludə nəyi dəyişmək istəyir?

16:34

Avrokubok perspektivi - Klublarımızdan nə gözləyək?

16:15

"Bu kluba həyatımı da verməyə hazıram"

15:57

"Bir qədər məyusam, çünki..." - Trent Aleksander-Arnold

15:22

MY dünya çempionunu bu qiymətə ala bilər

15:04

Azərbaycan millisinin Ukrayna ilə səfər oyununun yeri bilindi

14:45

Hakan Çalhanoğlu "Qalatasaray"da? - Klub prezidenti açıqladı

14:26

Riera "Sabah"la bağlı danışdı

14:08

"Araz-Naxçıvan" braziliyalı müdafiəçi ilə anlaşdı

13:50

La Liqa klubu milli üzvünün keçidini reallaşdırdı

13:32

Avarçəkmə üzrə açıq Bakı birinciliyi keçirilib - FOTOLAR

13:14

"Yuventus"un baș məşqçisi darmadağını belə şərh etdi

12:55

Ehtiram Quliyev alman mütəxəssislə görüşdü

12:36

Xabi Alonso "Real Madrid"dən narazı qalıb - "Gördüklərim xoşuma gəlmədi"

12:17

Ərəblər Leaunu "Bayern Münhen"in əlindən alır - Danışıqlar başladı

11:58

Azərbaycan millisi Farer adalarına yollandı

11:40

Vüqar Nadirov "Şəmkir"dən getdi

11:21

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:02

"Zirə"nin rəqibində 3 yeni müqavilə: Ötən yay Bakıya gələn futbolçu ilə anlaşdılar

10:43

Klublararası dünya çempionatında 2-ci tur başlayır - Messi ilk qələbəyə sevinə biləcək?

10:23

Kresponun yeni iş yeri bilindi

09:46

Dünya çempionatı: Azərbaycanın son cüdoçusu mübarizəyə başlayır

09:24

Runi məşqçilik karyerasını dayandırdı - Özü açıqladı

09:00

"Yuventus" ABŞ-də coşdu

Facebookdan bizi izləməyi unutmayın.
X