16:51 11.08.2021 642

Elxan Məmmədov hakimlərlə görüşdü

Bu gün AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədov Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümündə keçiriləcək oyunları idarə edəcək referi və referi köməkçiləri ilə görüş keçirib.

Fanat.Az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Hakimlər Komitəsinin üzvlərinin də iştirak etdiyi görüş zamanı Məmmədov yeni mövsüm ərəfəsində Peşəkar Futbol Liqasını və hakimləri təbrik edərək uğurlar arzulayıb, Premyer Liqa və ölkə kuboku uğrunda keçiriləcək oyunların keyfiyyəti baxımından məşqçilər və futbolçularla yanaşı, ədalət təmsilçilərinin də üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Ötən mövsüm qeydə alınan müəyyən səhvləri xatırladan icraçı vitse-prezident hakimlərə daha səylə hazırlaşmağı, daha diqqətli olmağı tövsiyə edib.

İcraçı vitse-prezident qeyd edib ki, Azərbaycan çempionatında fəaliyyət göstərən hakimlər məkanından və vaxtından asılı olmayaraq, hər hansı klub rəsmisi, nümayəndəsi və məşqçisi ilə görüşməməli, hətta təsadüfi və qısamüddətli xarakter daşıyan görüş olsa belə, dərhal bu barədə Hakimlər Komitəsinə məlumat verməlidir: "Burada məqsəd hakimlərə hər hansı məhdudiyyətin tətbiq olunması deyil, şəffaflığın təmin olunmasıdır”.
Hakimlik sahəsində daha bir vacib məsələnin həyata keçirilməsi istiqamətində işlər görüldüyünü bildirən E.Məmmədov bildirib ki, sentyabrın 1-dən etibarən "peşəkar hakim” sisteminin tətbiqi başlanılacaq: "Hakimlərin peşəkar statusu daşıması bu sahənin inkişafında çox önəmli addım olacaq və bununla bağlı hakimlərə və ictimaiyyətə yaxın gələcəkdə detallı məlumat veriləcək”.

VAR sisteminin tətbiqi ilə bağlı hakimlərin diqqətinə çatdırılıb ki, artıq tender məsələləri öz həllini tapıb və pandemiya ilə əlaqədar hər hansı ləngimə baş verməzsə, 2022-ci ilin fevral ayından etibarən Azərbaycan Premyer Liqasında VAR sistemindən istifadə oluna bilər: "VAR sisteminin tətbiqi oyunlarda ədalətli qərarların çıxarılması üçün texnoloji dəstəkdən yararlanmaqla yanaşı, hakimlərimizə müasir beynəlxalq standartlarla ayaqlaşmaq imkanı da yaradacaq”.

Elxan Məmmədov qeyd edib ki, Azərbaycanda VAR sisteminin tətbiqindən sonra FIFA-ya müraciət olunacaq və oyunları meydanda idarə edən hakimlə VAR arasında olan danışıqların ictimailəşdirilməsinə icazə verilməsi təklif olunacaq: "Bu da hakimlik sahəsində şəffaflığın təmin olunmasına öz töhfəsini verə bilər”.

Çıxışının sonunda Elxan Məmmədov hakimlərə bir daha uğurlar arzulayıb, hər bir hakimin beynəlxalq arenaya çıxmağa can atmasının, qarşısına bu məqsədi qoymasının vacibliyini vurğulayıb: "Sevindirici haldır ki, hakimlərimiz istər klub, istərsə də milli komandalar səviyyəsində keçirilən beynəlxalq oyunlara təyinat almaqla yanaşı, digər ölkələrin milli çempionat və ölkə kuboku qarşılaşmalarına da dəvət olunur, onların idarəçiliyi barədə xoş sözlər deyilir”.    

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

Facebookdan bizi izləməyi unutmayın.
X