23:00 12.08.2021 3945

"Bu komandaya qalib gəlmək istəyirdim" - Qurban Qurbanov

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Konfrans Liqasının 3-cü mərhələsinin AEL-lə (Kipr) cavab matçından sonra mətbuat konfransı keçirilib.
 
Fanat.Az xəbər verir ki, o, 1:0 hesabıyla qələbə qazanaraq, pley-off mərhələsinə vəsiqə qazandıqları oyundan sonra bunları söyləyib:
 
-  Futbolçularımı, azarkeşlərimizi təbrik edirəm. Son vaxtlar stadionlarda belə ab-hava, futbol həyəcanı yox idi. Sonda hər şey bizim xeyrimizə oldu. Bu nəticə bizim üçün vacib idi. Yaxşı komandaya qarşı oynadıq. Düşünürəm ki, ilk oyundakı səhvlərimizi burada etmədik. Rəqibə ciddi yanaşırdıq. Meydança da istədiyimiz kimi deyildi. Futbolçularımın meydandakı davranışından, yaxşı mənada döyüşməsindən çox razı qaldım. Vaxtımız azdır, qarşıdakı oyunlara hazırlaşmalıyıq.
 
- Növbəti turların başqa meydançada keçirilməsi üçün müraciət edəcəksiz?
- Bəlkə də, bu alınmayacaq. Müraciətdən sonra vaxt lazımdır, nümayəndə gəlib meydançalara baxmalıdır. Vaxtımız isə azdır. İnşallah, tezliklə düzələr.
 
- "Qarabağ" son 15 dəqiqə daha yaxşı oynadı. Bu da Filip Ozobiçin Kadi Malinovski ilə əvəzlənməsindən sonraya təsadüf etdi...
- İlk oyundan əvvəl də rəqibin baş məşqçisi Ozobiçi xüsusi fərqləndirmişdi. Görünür, ona qarşı xüsusi hazırlaşmışdılar. Meydança amilinə görə də futbolçular daha çox çalışırlar. Bəzən belə oyunların taleyini sonradan meydana daxil olan futbolçular həll edir.
 
- Azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsinə görə klub cəzalanacaq. Bu qələbəyə gərə dəyərmi bu cəza?
- Dəyər. Azarkeşlər stadionun bəzəyidir.
 
- Kiprdəki oyundan sonra məlum təxribat haqda danışanda yayım kəsilmişdi. Özünüzdə bu komandaya qarşı şəxsi qıcıq var idi?
- Belə hallar məndə olub. Sərt reaksiya verdiyim vaxtlar olub. Bəli, içimdə daha hiddətli qələbə arzusu var idi. Mən azarkeşlərin hərəkətinə görə yox, bu komandaya qarşı oyunda qələbə qazanmaq istəyirdim. Çünki əvvəl də demişdim ki, bu komanda ilə oynamaq mənə maraqlıdır. Qalib gəlmək istəyirdim. Azarkeşlərin təxribatı hər zaman olub və yenə də olacaq.
 
- Riçard Almeydanın durumu nə yerdədir? 
- Tam hazır olsa da, onun gedişindən sonra komandada bəzi dəyişikliklər olub. Onun təcrübəsi bizim üçün çox vacibdir. Nə qədər oynamasının fərqi yoxdur. Sadəcə, mən oyunçunu meydana buraxanda ona əmin olmalıyam. Lazım olduğu anda komandaya kömək etməyi bacarmalıdır. Almeyda güvəndiyim oyunçudur və daha yaxşı olacaq. Potensialı və təcrübəsi var.
 
- Həm çempionatda, həm də avrokuboklarda mübarizə aparmaq çətin olmayacaq?
- Olacaq. Bunun qarşısını almaq üçün oyunçularımızın sayı çox olmalıdır.
 
- Yeni hücumçu transferi olacaqmı?
- Mütləq hücumçu düşünürəm. Əlimdə oyunçu sayının çox olması yaxşıdır. Mütləq istəyirik ki, bir neçə futbolçu gətirək. Hücumçu, yarımmüdafiəçi, müdafiəçi istəyirik.
 
- Bu gün meydanda əzmkar, döyüşkən komanda var idi. Bu, Kiprdə baş verən hadisələrdən qaynaqlanırdı?
- Son vaxtlar futbolçularımın əzmkarlığından razıyam. Çətin anlarda mübarizə aparmaqdan çəkinmirlər. Qarabağdakı şanlı qələbəmizdən sonra biz daha əzmkar, möhkəm olmalıyıq. Futbolçular döyüşçü olduqlarını meydanda göstərməlidirlər. İnanıram ki, get-gedə daha yaxşı olacağıq.
 
- Növbəti mərhələdə böyük ehtimalla rəqibiniz Şotlandiyanın "Aberdin" klubu olacaq. Nə düşünürsüz?
- Hələ bilmirəm. Rəqibimizin kimliyi bəlli olandanda sonra düşünməyə başlayacam.
 
- "Neftçi"nin Konfrans Liqasındakı şanslarını necə dəyərləndirərdiz?
- Onlara uğurlar arzu edirəm. İstərdim ki, həm onlar, həm də biz qrup mərhələsində oynayaq. Avropada hər oyun bir təcrübədir. Nə qədər fərqli komandalara qarşı oynasaq, bizim xeyrimizədir. İnanıram ki, "Neftçi" Konfrans Liqasının pley-offunda yaxşı nəticə əldə edəcək.
 
Mənbə: CBC Sport
 
 
 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

29 İyun 2025
14:27

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:13

"Kəpəz" daha ilə də vidalaşdı - RƏSMİ

13:38

"Karvan" daha bir futbolçusu ilə əməkdaşlığa son qoydu -RƏSMİ

13:06

"Turan Tovuz" Türkiyəyə bu tarixdə yollanacaq

12:40

Siyasət Əsgərov 0:3-ü şərh etdi

12:23

"Çelsi" Bayno-Gittens üçün "Borussiya"ya nə qədər ödəyəcək?

11:46

"Demişdim ki, 100 milyona oyunçu alsaq, postumdan gedəcəm" - Yürgen Klopp

11:17

"Liverpul"un vingeri AÇ-nin ən yaxşı oyunçusu elan edildi

10:39

Klublararası DÇ: PSJ "İnter Mayami"yə, "Flamenqo" "Bayern Münhen"ə qarşı

09:50

Günün oyunları bu kanallarda - AFİŞA

09:00

"Parma"nın hücumçusu İtaliya nəhəngində - MƏBLƏĞ

05:02

"Çelsi" "Benfika" əlavə vaxtda yenib 1/4-ə yüksəldi

02:41

İngiltərə seçməsi ardıcıl ikinci dəfə çempion oldu

00:45

“Kəpəz” portuqaliyalı futbolçularla vidalaşdı

28 İyun 2025
23:58

Azərbaycanlı güləşçi Türkiyədə çempion oldu

23:33

İtaliya çempionu İspaniya millisinin üzvü ilə razılığa gəldi

22:58

Klublararası dünya çempionatı: İlk 1/4 finalçı bilindi

22:20

Azərbaycan millisi Belarusa uduzdu

21:58

Vinisius Qaret Beylin uğurunu təkrarladı - "10-luq"

21:17

Millimiz Avropa çempionu oldu

20:21

"Udineze"nin qapşçısını 4 illik həbs gözləyir - SƏBƏB

19:53

"Neftçi" milli üzvünün keçidini açıqladı

19:05

Altıqat İngiltərə çempionu "Milan"dan ayrıldı

18:40

“Neftçi” yeni transfer reallaşdırdı

18:22

"Kəpəz" daha 3 əcnəbini yola saldı

17:44

"Sabah" legioneri ilə vidalaşdı

17:28

U-16 beynəlxalq turniri bürünc medalla bitirdi

17:01

Anar Ələkbərov FIA Senatının üzvü seçildi

16:30

"Liverpul" növbəti transferini açıqladı

15:56

"Sabah"ın Avroliqa oyunlarına hakim təyinatları bilindi

15:35

Azərbaycan millisinin üzvü karyerasını başa vurdu

14:54

"Benfika" Otamendi ilə bağlı qərarını verdi - RƏSMİ

14:33

Bakıda beynəlxalq turnir başlayır

14:05

"Kəpəz" kapitanı ilə yollarını ayırdı - RƏSMİ

13:37

"Zirə"nin "Hayduk"la oyunlarının başlama vaxtı bilindi

13:00

"Dostum bura gəlməyi məsləhət bildi" - Patrik Andrade

12:39

Karate üzrə yay seminarı keçirilir

12:17

"Sabah"ın rəqibində ayrılıq reallaşdı

11:14

Postekoğlu MLS klubunu çalışdırmağa yaxındır

10:08

Ingiltərə nəhəngi PSJ-nin 100 milyonluq futbolçusuna elçi düşdü

Facebookdan bizi izləməyi unutmayın.
X