20:40 14.08.2021 593

"Elə oyunlar var ki, oynayıb uduzursan" - Ramin Quliyev

"Sabah"ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib. 

Fanat.Az xəbər verir ki, o, 0:1 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
- Rəqibi təbrik edirəm. Özümüzə gəlincə, 3 xal üçün oynadıq. Uşaqların oyuna hazırlığından, yanaşmasından razı qaldım. Futbolda belə məğlubiyyətlər olur. Elə olur pis oynayıb qazanırsan, elə də olur yaxşı oynayıb uduzursan. Bu da belə oyunlardan biridir.
 
- Komandanın istədiyiniz oyunu oynaması üçün nə qədər vaxt lazımdır?
- Yeni qoşulanlar və zədəlilər var. Xulio Sezar Rodriqes Gürcüstan toplanışında zədələnib. Oyun baxımından tam komplektləşməmişik. Oyundan oyuna daha yaxşı komanda görəcəyik. Sadəcə, vaxt lazımdır. Heyətimiz yenilənib, vaxta ehtiyacımız var. Ancaq bu, məğlubiyyətə bəhanə deyil.
 
- Rəhbərlik qarşınıza hansı məqsədi qoyub?
- Belə heyət yığırıqsa, deməli, qarşımıza qoyulan məqsəd avrokuboklara vəsiqə qazanmaqdır. Konkret qarşıma bu məqsəd qoyulub. Potensialımız var, qarşıdakı turlarda daha yaxşı olacağıq.
 
- Komanda özünə gələnə qədər, məğlubiyyətlər olarsa, rəhbərliyin sizin gələcəyinizlə bağlı qərarı necə olacaq?
- Rəhbərliyin işinə qarışmıram. Tez bir zamanda bu məğlubiyyəti unudub növbəti matçlarda qələbə qazanmaq üçün hazırlaşacağıq.
 
- Nəticə ədalətlidir?
- Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm. Bu, futboldur. Elə oyunlar var ki, oynayıb uduzursan. Bu da onlardan biri idi. Futbolun da gözəlliyi budur.
 

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X