23:01 15.08.2021 461

"Namikin getməyi bizə böyük zərbə oldu" - Samir Abasov

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. 

Fanat.Az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
 
“Çempionatın açılış oyunu idi. Bundan artığını gözləmirdik. Futbolçuların bu oyunda zədələnməsini istəmirdim. 4 gün sonra vacib matça çıxacağıq. Uşaqlar əllərindən gələni etdilər. Bəzilərinə həddindən artıq yük düşür. Amma bunun qarşısını ala bilmirik. Yaranmış vəziyyətlə bağlı nikbinliyimizi də itirmişik. Konfrans Liqasında İsrailin "Makkabi" klubuna qarşı yaxşı oynamaq niyyətindəyik. Oyunçular sağ olsun, bu gün əllərindən gələni etdilər. “Makkabi” ilə oyunun necə olacağını heç kim bilmir. Meydandakı bəzi səhvləri yorğunluqla da əlaqələndirmək olar. Hazırlığımız da o səviyyədə deyil. "Makkabi" HJK və "Qəbələ" deyil. Heç kim bu ifadədən inciməsin. Bu səhvlər olmamalıdır. Futbolda belə hallar baş verir. Çalışacağıq ki, növbəti qarşılaşmalarda bunlar yaşanmasın. Eyni oyunçularla müdafiə olunanda səhvlər də qaçılmazdır".
 
Harramiz Suares uğursuz transfer salıya bilər. Amma bunu zaman göstərəcək. Harramiz də bizə gec qoşulub və ona müxtəlif tapşırıqlar verilib. Futbolçu üçün də çətindir. Düz başa düşün, onu "Barselona"dan gətirməmişik. Ümid edirəm ki, uyğunlaşma prosesini tez keçəcək. Bizim sistem elədir ki, Harramizdən hücumda daha effektli olmasını istəyirik. Karyerası ərzində ən çox cinahlarda çıxış edib. İnanıram ki, hansısa oyunlarda bizə daha çox kömək edəcək.
 
Bu gün Emin Mahmudov yorğun vəziyyətdə oynadı. Sabir Buqrində hərarət var idi. Vəziyyəti çox pis oldu. Səbəblər məlumdur. Məndən yaxşı bilirsiniz. Üzüldüyümüz məqam odur ki, HİK ilə oyundan sonra bəzi oyunçularımızın üstünə düşdülər. Bunlar hazırkı dönəmdə haqsızlıq idi. Hər şeyə vicdanla qiymət verənlər başa düşür ki, biz əlimizdən gələni etməyə çalışırıq”.
 
Samir Abasov Türkiyənin "Bursaspor" klubu ilə müqavilə imzalayan Namik Ələskərovun komandadan gedişi haqqında da danışıb: "Əsas heyətdə yer alan futbolçunun bu durumda getməyi bizə böyük zərbə oldu. "Neftçi" klubu heç kimi itirmir. Bu Namik Ələskərov və Samir Abasov ola bilər. Buradan gedənlər "Neftçi"ni itirdi deyə dərd etməlidir. Gedənlər fikirləşməlidir ki, bu cür komandanı itirdim. Bu gediş aylarla davam edən proses idi. Oyunçu qərar verdi və getdi. HİK ilə səfər oyunundan əvvəl yaxınlaşdı və dedi ki, getmək istəyirəm. Biz də dedik ki, qərar vermisənsə, çıx get".

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

Facebookdan bizi izləməyi unutmayın.
X