AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, toplantı avqustun 9-da, videokonfrans formatında baş tutacaq.
İclasın gündəliyinə bir neçə məsələ daxil edilib. Onlar aşağıdakılardır:
1. 2022-ci ilin fevralından etibarən Azərbaycan Premyer Liqasında VAR (video köməkçi hakim) sisteminin tətbiqi
2. Azərbaycan Premyer Liqası hakimləri ilə bağlı “Peşəkar hakim” sisteminin tətbiqi
3. 2022-2023-cü il mövsümü üçün “Klubların lisenziyalaşdırması üzrə qaydalar”ın təsdiqi
4. Digər məsələlər