09:47 26.08.2021 1739

"Ramil Şeydayev "Neftçi"yə daha çox uyğundur, ..." - Aslan Kərimov

"Qarabağ" və "Neftçi" bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində həlledici oyuna çıxacaq. 

"Neftçi" ev oyununda heç-heçə (3:3) etdiyi "Makkabi Hayfa"nın qonağı olacaq. "Qarabağ" isə "Aberdin"lə Şotlandiya səfərinə minimal üstünlüklə (1:0) yollanıb.

Fanat.Az vacib oyunlarla bağlı təcrübəli futbol mütəxəssisi Aslan Kərimovun fikirlərini öyrənib.


"Makkabi Hayfa" - "Neftçi"

"Bakıdakı oyunun ilk hissəsində komandamızın qol imkanlarının olmamasına səbəb rəqibin daha cəld, daha inamlı oynaması idi. Hayfa təmsilçiləri topu itirən kimi cəld  pressinq edib onu qazanırdılar. "Neftçi" futbolçularının düşünüb hücuma keçməsinə nə vaxt, nə də şərait yaratmırdılar. Bilmirəm bu həyəcandan irəli gəlirdi ya təcrübəsizlikdən, amma "Neftçi"nin futbolçuları bu baxımdan rəqibə uduzurdu. Amma Samir Abasov ilk hissədən sonra bu nöqsanları aradan qaldırmaq taşırığı verdi və göründüyü kimi, ikinci yarıda daha çox hücum epizodu yaradaraq fərqlənə bildik. Bir neçə hücum cəhdinin şahidi olduq ki, bunlar da "Neftçi"nin qol vurması ilə nəticələndi. Topu ələ keçirərək cəld şəkildə irəlidəki futbolçulara olan ötürmələri də qeyd etmək lazımdır". 
Oyunun qırılma anına gəlincə isə mütəxəssis qırmızı kart amilini qeyd edib:
"Qapımıza vurulan qollarda isə qırmızı kartın təsiri oldu. Komanda azlıqda qaldı və topu saxlamaq mümkün olmurdu."

Mütəxəssis səfər oyunu barədə də danışıb:

"Düşünürəm ki, "Neftçi" üçün heç nə itirilməyib. Yeni qaydalara görə hesab hələ ki, 0:0-dır. Amma rəqibi də qiymətləndirmək lazımdır. Kəskin əks-hücum etmələri, birəbir mübarizələrdə bizim futbolçulardan üstün olması "Neftçi" üçün çətinlik yaradacaq. Komandada olan itkiləri də nəzərə almaq lazımdır. Laval kimi futbolçunun yerinə oynayacaq futbolçu onun işini yüksək səviyyədə görməlidir. Məşqçinin tapşırıqlarını düzgün yerinə yetirməlidir. "Makkabi"yə qarşı ilk oyunun ikinci hissəsindəki kimi mübarizə aparmaq mümkün olacaq? Bu artıq məsələnin ikinci hissəsidir.  Qısaca - "Neftçi" üçün çətin səfərdir". 

"Aberdin" - "Qarabağ" 

Pley-offda mübarizə aparacaq digər təmsilçimiz "Qarabağ" barəsində də fikirlərini bölüşən mütəxəssis ilk növbədə ev oyununda meydanın vəziyyətindən başlayıb:

"Meydançanın bu vəziyyətdə olmasına kim cavabdehlik daşıyır, onu bilmirəm. Aqronom olmasam da, futbol praktikam ot örtüyü barədə məni çox məlumatlandırıb. Müasir dövrdə  futbol meydançasının ot örtüyünü istənilən hava şəraitində yaşxı vəziyyətdə saxlamaq mümkündür. Otun toxumunu alanda belə əlavə instruksiyalar və xüsusi qulluq qaydaları olur. Qazona bir neçə ay qabaq müəyyən olunmuş şəkildə xüsusi qulluq olunmalı idi ki, bu, baş verməyib. Bu cür səhlənkarlıqlar gətirib biabrçı vəziyyətə çıxardı". 

"Qarabağ" -"Aberdin" görüşündə Ağdam təmsilçisinin sərgilədiyi oyundan tam razı olmadığını dilə gətirən Kərimov səfər matçı haqda gözləntilərini çatdırıb:

"Düşünürəm ki, 1:0 hesablı qələbəyə baxmayaraq, bir o qədər ürəkaçan oyun oynamadılar. Daha doğrusu, "Qarabağ" gözlənilən oyununu sərgiləmədi. Top itkiləri, əks-hücumlara şərait yaratmaları, həminki "köhlən atlar"ı xatırlatmırdı. Bəlli mövqelərdə, hücum və müdafiədə müəyyən boşluqlar var idi. 
Səfər oyununda isə düşünürəm ki, təmsilçilərimiz evdəkindən daha rahat oynamalıdır. Çətinlik çəkəcəkləri nöqtə standart vəziyyətlər və uzun ötürmələr olacaqdır. Rəqib ikinci mərtəbədə yaxşı oyun keyfiyyətinə, təcrübəsinə sahibdir.
"Qarabağ" üçün elədə çətin səfər deyil. Bir qol vurub hesabı saxlaya bilsələr, kifayət edəcək". 

Klubun yeni transferi haqda isə mütəxəssis bunları deyib:

"Yeni transfer olunan futbolçunun əvvəlki oyunlarını izləməmişəm. Odur ki, bu barədə geniş danışa bilməyəcəm. Amma komandaya adaptasiya olması bir qədər vaxt aparacaq. Məsələn Kadi, hələ də kollektivə uyğunlaşa bilmir, topu özündə daha çox saxlamağa üstünlük verir. Yadınızdadırsa, Zubir də kluba yeni gələndə bir o qədər yaxşı təsir bağışlamırdı, amma zaman keçdikcə "Qarabağ"a uyğunlaşdı. 

Ramil Şeydayevə gəlincə, forvard olaraq ondan qol vurmaqdan başqa, həm də digər keyfiyyətlər gözlənilir. Komanda onu transfer edəndə sözsüz ki, futbolçunun digər bacarıqlarını da nəzərə almışdı. Hazırda Şeydayev daha çox "Neftçi" klubuna lazımdır, nəinki "Qarabağ"a. Futbolçu "ağ-qaralar"ın oyun üslubuna daha çox uyğun gəlir. Hücumda geniş və sərbəst zonalarda özünü daha rahat hiss edən futbolçudur."

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X